Yuxarı

Bakıda kişi iki manata görə arvadını döydü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Cəlilabad rayonunda qeydiyyatda olmaqla Bakının Xətai rayonu ərazisində yaşayan 1996-cı il təvəllüdlü Elvin Məmmədov (soyad şərtidir) 2016-cı ildə ailə həyatı qursa da, son vaxtlar heç bir yerdə işləməyib. Onun ailəsini isə aptekdə əczaçı işləyən həyat yoldaşı Könül dolandırıb.

Bir neçə gün öncə Elvin həyat yoldaşına mesaj yazaraq, ondan siqaret almaq üçün iki manat istəyib. Həyat yoldaşı isə pulunun olmadığını deyib və Elvinə pul göndərməyib.

Axşam işdən evə gələn Könüllə Elvin arasında mübahisə yaranıb, nəticədə ər arvadına yumruq və təpik zərbələri endirib.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan qadın evdən qaçıb, hüquq-mühafizə orqanlarına məlumat verib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və Elvin saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxs şikayətini geri götürdüyü üçün cinayət işinə xitam verilib.

Tarix
2025.07.28 / 10:31
Müəllif
Axar.az
Digər xəbərlər

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

İlham Əliyev Qaradağda... - Foto

Nazir Azərbaycanın yardımları ilə bağlı maraqlı faktı açıqladı

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla