Yuxarı

Bu yazı ilə həyatınızı xilas edə bilərsiniz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu yazı ilə həyatınızı xilas edə bilərsiniz

Hər dəniz mövsümündə suda boğulma halları yaşanır.

Axar.az xəbər verir ki, mütəxəssislər sudan xilas olmuş bir adamın sonrakı həyatı ilə bağlı dəhşətli faktı insanlara nümunə olaraq göstərib.

Missuridə yaşayan ailənin 3 yaşlı qızı suda boğulma təhlükəsi ilə üz-üzə qalıb, lakin qardaşının vaxtında müdaxiləsi nəticəsində sudan çıxarılıb. Qardaşı Samın ürək masajı etməsindən sonra Lizzinin ayılması ilə balaca qızın xilas olduğunu düşünüblər. Lakin Lizzinin halsızlığının və anidən yuxuya getməsinin fərqinə varan bibisi onun yatmasına imkan verməyib. Buna səbəb isə onun "İkinci boğulma" adlı bir məqalə oxuması olub.

İkinci boğulma su udan insanlarda 72 saata qədər müşahidə edilə bilər. Boğulma təhlükəsi ilə üzləşən şəxs su udarsa, ciyərləri oksigeni qana çatdıra bilməz və belə hallarda həmin insan yuxuda ikən boğula bilər.

İkinci boğulmanın əlamətləri: halsızlıq, yuxulu olmaq, qaytarma, şiddətli öskürək, nəfəs almada çətinlik çəkmək, sinə ağrısı, yüksək hərarət və anidən əsəbiləşmə halları.

Bu halları müşahidə edən Lizzinin bibisinin sayəsində ailəsi uşağı həkimə aparıb və o, 7 saat ərzində nəzarətdə saxlanılıb.

Tarix
2016.07.02 / 21:48
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla