Yuxarı

Qarabağ şəhidinin abidəsi baxımsız vəziyyətdədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ şəhidinin abidəsi baxımsız vəziyyətdədir

Lerik rayonunun Rvarud kəndində şəhidlərin xətirəsinə inşa edilən abidə bərbad vəziyyətdədir.

Şəhid Səxavət Hacıyevin qohumu Faiq Hacıyevin ANS-ə verdiyi məlumata görə, xatirəsinə abidə qoyulan şəhidlər Səxavət Əbil oğlu Hacıyev və Etiqad Balaxan oğlu Hacıyev 1993-cü ildə baş vermiş döyüşlərdə həlak olublar.

"Daha sonra onların xatirəsini əbədiləşdirmək üçün bir neçə sahibkar tərəfindən 1997-ci ildə kənddə abidə ucaldılıb. Ancaq son vaxtlar yetərli qədər diqqət yetirilmədiyi üçün dağılıb. Lerik Rayon İcra Hakimiyyətinin baçısı Rövşən Bağırovun və rayonun digər rəsmi şəxsləri ilə də görüşmüşük. Onlara şəhidlərin abidəsinin təmirsiz olması barədə həm şifahi, həm də yazılı formada məlumat vermişik. Amma hələ də abidə təmirsiz vəziyyətdədir", - deyə şəhidin qohumu bildirib.

Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətinin başçısının ictimai-siyasi və humanitar işlər üzrə müavini Arzu Vəliməmmədova açıqlamasında deyib ki, vətəndaşlar bizə müraciət ediblər və abidənin təmirsiz vəziyyətdə olduğundan xəbərimiz var.

"Bütün şəhidlərin qəbri Rayon İcra Hakimiyyətinin diqqət məkəzindədir. Bu abidə sahibkar tərəfindən inşa edilib. Rvarud kəndində yerləşən abidədə məzar yoxdur. Kəndin iqlim şəraiti çox sərt olduğu üçün abidə pis vəziyyətə düşüb. Təmir üçün lazımi maliyyə vəsaiti ayrılmalıdır. Biz hazırda bu məsələnin üzərində işləyirik", - deyə rayon rəsmisi bildirib.

Hazırda abidəsi baxımsız vəziyyətdə olan Etiqat Hacıyev Hərbi Xidmətə Ağdam şəhərində yerləşən N saylı Artileriya bataliyonundan başlayıb. Hacıyev tank sürücüsü olub. Ağdamda gedən döyüşlərin birində tank əleyhinə minaya düşərək ağır yaralanıb. YaralI halda Bakı şəhərində Hərbi Hospitala yerləşdirilib. 5 iyul 1993-cü ildə hospitalda dünyasını dəyişib.

Səxavət Hacıyev isə 1993-cü il yanvarın 25-də Ağdərə rayonunun Sərxavənd kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Tarix
2016.07.02 / 22:20
Müəllif
Axar.az
Digər xəbərlər

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla