2008-ci ilin yayında "BP"yə məxsus neft yatağında
partlayış baş verdi. Bu partlayış ABŞ tarixinin ən dəhşətli ekoloji
problemini yaratdı.
Körfəzdə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması
işini Barak Obama öz üzərinə götürdü və ABŞ-da "BP"-nin bütün
məhsullarının satışına qadağa qoydu. Bundan sonra Kaliforniya
körfəzi və yaxınlıqdakı ərazilərin təmizlənməsi işlərinin
maliyyələşməsini "Apple" şirkəti əlahiddə olaraq öz üzərinə
götürdü. Məsələ ondaydı ki, bu şirkət bu günə qədər heç bir
xeyriyyə işində iştirak etməmişdi. Burdan sual çıxır:
Hansı səbəb bu şirkəti belə addım atmağa məcbur
etdi?
Onlar hətta təklif olunan bütün yardımlardan imtina etdilər.
Niyə?..
ABŞ-ın reytinq kompaniyalarının verdiyi məlumata görə, "Apple"
şirkəti bir günə dünyada 1 milyondan çox (ayda 35 milyon) telefon
satır. Bu rəqəm onu bütün telefon rəqiblərinin (Nokia, HTC,
Samsung, Sony) bir həftəlik ümumi satışlarından 3 dəfə çoxdur.
Maraqlı olan odur ki, şirkət satışı aylıq 35 milyona necə çatdırıb?
Fakt isə budur ki, onların dünyada cəmi üç zavodu var və o
zavodların gücü ildə yalnız 10 milyon telefon istehsal etməyə
çatır.
Siz videoda "Apple"in qəzadan sonra çəkdiyi təsvirləri görürsüz:
dənizin qırağında, sadəcə, qum var, gözə bir damcı da neft dəymir.
Görünən, sahil boyu nəzərə çarpan və həmin vaxt (1997) hələ
istehsal edilməmiş "Ayfon" (iPone) telefonlarıdır. Gerçəkdən
maraqlıdır, "Apple" satışa çıxardığı bu qədər telefonu hardan
gətirir?
Dənizin dibində yadplanetlilərin telefon
bazası?
Dəniz dibində yadplanetlilərin texnologiyasının yerləşməsi haqda
ilk fərziyyəni birinci dəfə dünyada irəli sürən Jak İf Qusto olub.
O öz gündəliyində sualtı səyahəti zamanı çəkdiyi unikal şəkillər
haqqında yazırdı. 1997-ci ilin iyununda Qusto Meksika körfəzinin
dərinliyində tapılan qurğu haqqında belə yazmışdı:
"O, əldə tutulan xırdaca televizora oxşayır və əl hərəkətlərinə
uyğun olaraq çalışır. Ekranda hələ indi də məlum olmayan
piktoqramların göründüyünü yazırdı Qusto: "Dənizin dibində tapdığım
o qurğu çox gözəl və inanılmazdı".
1997-ci ildə Qusto dünyasını dəyişir və onun gündəliyi hərraca
çıxarılır. Gündəlik xeyriyyə hərracında satılır. Yeni sahib... Stiv
Cobs olur. Yəni "Apple" şirkətinin yaradıcısı Cobs.
"Apple" aksiyanın sınaq paketlərin alır
Bu hadisədən bir neçə il sonra, 2004-cü ildə "Apple" şirkəti
"BP" aksiyalarının sınaq paketlərini alır. 2007-ci ildə "Aplle" ilk
telefonunu satışa çıxarır və telefon dünya bazarlarında inanılmaz
satış rekordu qırır. Əlbəttə, yerin altında bu qədər işlək
vəziyyətdə olan yadplanetli texnikan varsa, bu nəticəni əldə
etməkdə bir çətinlik olmayacaq. Sənə bircə o qalır ki, qurğunun
arxasına dişlənmiş alma işarəsi qoyursan, vəssalam. Əlavə üç
zavodun da oldusa, çətin heç nə qalmır. Bütün bunlardan sonra
dünyanı neft sızması nağılına inandırmaq və körfəzin
təmizlənməsinin əsas səbəbini gizlətməkdən inandırıcı nə ola
bilər?
Üstəlik, Barak Obama ailəsi ilə birgə çirklənmiş sahədə çimərək
şəkil çəkdirir və sənə yardım edir, bununla da hamını körfəzin
təmizlənməsinə inandırırsa... Beləliklə, Körfəzin təmizlənmə
söhbətin bağlanır.
Telefonlar tükənəndən sonra "Apple" nə
edəcək?
Belə bir fikir yaranır ki, onlar həmin telefonların yerləşdiyi
ikinci yeri tapmaq üçün hər şeyə gedə bilərlər. Bu yer Qustonun
gündəliyində aydın yazılıb: İkinci böyük baza Xəzər dənizidir.