Dünya doğurdanmı idarə olunur, yoxsa bu hər zaman öz
ətrafında mücərrədliyi və gizliliyi sevən insanın növbəti
uydurmasıdır? Bu suala birmənalı cavab vermək mümkün deyil. Amma o
da bir həqiqətdir ki, dünyada baş verənlərin nəzarətdə olması fikri
də o qədər yabançı görünmür.
Bir qədər əvvəl biz oxuculara sənət, musiqi və ədəbiyyatda
masonluq izləri haqqında məlumat vermişdik. İndi də növbəti bir
mahnıda, "Bu şəhərdən qaçış"da masonluq izləri haqqında
danışacağıq.
Klip ayinlə başlayır. Əllərində dəyənək olan insanlar toplanıb
və onları bir-birinə vuraraq ritm tuturlar. Bu ritmtutma ayini
yəqin ki, sizə "Qurdlar vadisi" serialından izlədiyimiz masonluğa
qəbul səhnələrindən tanış gəlir. Üzü-gözü bağlı və qaralar
içərisində olan insanlar sirli görünüşə malikdir. Üstlərində
mərmilər və dəmir döymələr onların savaşa hazır olduğunu
göstərir.
Bu ayindən əvvəl videonun başlanğıcına diqqət edin: silah səsi
eşidilir və hər şey bundan sonra başlayır.
Bundan sonra məşhur müğənni Rihanna tək və yalnız başına
gözləyir, sonra Cey Zi arxasında savaşa hazır olan ordu ilə onun
yanına gəlir. Bu musiqi sektorunda yalnız olan Rihannanın artıq güc
topladığı anlamına gəlir ki, bunu da ona Cey Zi verir. Cey Zi isə
artıq məşhur və mason olduğu hamıya bəlli olan bir musiqiçidir.
Bundan sonra mahnıda masonluğa qarşı və onun işarələrini
bildirən əlamətlər yer alır. Məsələn, Rihanna Cey Zidən "bu şəhəri
kim idarə edəcək?" deyə soruşduqda, "biz idarə edəcəyik",- deyir.
Bu sözlərin arxasından Rihanna əllərini qoşalayaraq masonların
piramida işarəsini göstərir.
Yəqin ki, dinləyicilər bu mahnını dəfələrlə eşidib. Lakin orada
olan işarələrə hər kəs diqqət etməyib... Amma maraqlı odur ki, bu
mahnı bir çox qadağalarla qarşılaşıb və dünyanın məşhur musiqi
saytları onu yayınlamaqdan imtina edib.
Klip 2009-cu ildə çıxdığına baxmayaraq, hətta məşhur musiqi
kanalı "VEVO"da belə yerləşdirilməyib. Amma məşhur müğənnilərin
bütün klipləri məhz bu kanalda yayınlanır.
Təqdim edəcəyimiz klip 4 dəqiqə 24 saniyədir. Klipin orijinalı
isə 11 dəqiqədir. Musiqinin davamında Eminemlə, mason təşkilatı
olan İlluminatidən çıxmağı bacaran tək sənətçi ilə duet oxunur.
Sonda onu da qeyd edək ki, 11 dəqiqəlik klip yükləndiyi bütün
saytlardan silinib…