Yuxarı

Ermənilərə bu şansı verə bilmərik...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni katalikosunun, erməni idmançıların Bakıya gəlməsinə etiraz əlaməti olaraq aksiya keçirilməsini etirazın düzgün forması saymıram. Bu, Azərbaycan dövlətinin beynəlxalq aləmdə imicinə kölgə salmağa, bu imici korlamağa yönələn addımdır və təqdir oluna bilməz.

Azərbaycan tolerant ölkədir. Biz razı olmamalıyıq ki, ermənilər bu situasiyadan əleyhimizə istifadə etsinlər. Onsuz da bu cür faktlardan vaxtaşırı sui-istifadə edir və bizi digər millətlərə, etnik qruplara dözümsüz münasibət bəsləməkdə günahlandırırlar. Dünyaya göstərməyə çalışırlar ki, azərbaycanlılar ölkəyə ayaq basan idmançını, din xadimini, QHT nümayəndəsini, media mənsubunu belə aqressiv qarşılayırsa, ermənilər onlarla bir dövlətin tərkibində necə yaşaya bilər? Bu, Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu təklif edən dövlət rəsmilərimizin mövqeyi ilə də qətiyyən uzlaşmayan mövqedir və zərərlidir.

Kimlərinsə daha vətənpərvər, daha canıyanan görünmələri xətrinə ermənilərə bizi dünyaya daha qorxunc və daha dözülməz təqdim etmək şansı verə bilmərik. Onsuz da qarşı tərəflə danışıqlar aparılır, Azərbaycan münaqişənin sülh yolu ilə həll olunması üçün bu prosesdə iştirak edir, prezident Ermənistanın dövlət başçısıyla, xarici işlər naziri ermənistanlı həmkarı ilə, hətta ziyalılarımız “xalq diplomatiyası” çərçivəsində qarşı tərəfin nümayəndələri ilə görüşlər keçirir. Bir qrup aksiyaçı, tutalım, katalikos Qaregini Bakıya buraxmasa, nə dəyişəcək? Yaxud erməni idmançını söyüb-döyüb qovalasalar, nə baş verəcək? Qarabağ Azadlıq Təşkilatının sədrindən çəkinib Qarabağı – işğal elədikləri torpaqlarımızı gerimi qaytaracaqlar?

Beş-on nəfərin küçələrə çıxması heç ölkədə ictimai rəyə təsir eləmir, beynəlxalq arenada bizə olan münasibətə necə təsir edə bilər? Mənə elə gəlir, bu həm də mənası Böyük Bağ olan Qarabağın adına yaraşan mübarizə üsulu deyil. Qarabağın uğrunda, Qarabağın yolunda Qarabağın adına layiq, ağayana, ağır-batman mübarizə aparmaq, savaşmaq, dalaşmaq, vuruşmaq lazımdır. Biz heç vaxt düşmənlə belə primitiv formada üz-üzə gəlməmişik. Ermənilərdən fərqli olaraq. Kəmfürsət olmamışıq.

Əksinə, şərait yaratmalıyıq ki, ermənilər Bakıya gəlsinlər, hətta tez-tez gəlsinlər. Gəlsinlər və ortadakı fərqi görsünlər. Bugünkü İrəvanla bugünkü Bakını müqayisə etsinlər. Varlı Bakı, kasıb İrəvan. Dolu Bakı, boş İrəvan. Özlərini necə bədbəxt, yazıq, məzlum kökə salmalarının fərqinə varsınlar. Azərbaycandakı ötən illəri – bəxtəvər günlərini xatırlasınlar. Düşünsünlər, daşınsınlar. Neftin qoxusunu duysunlar... Mən əminəm ki, bu qoxu burunlarına dəysə, hətta bunsuz belə, onlar üstünlüyü Bakıya verəcəklər. Çünki Bakının Bakılığını, rahatlığını, komfortunu görüblər. Əksər erməninin içində Bakı nostaljisi var. Dadı damaqlarındadır. Bu dada can atmaqla yanaşı, özləri üçün can arxayınlığı, təhlükəsiz bir atmosfer də hiss eləsinlər.

Əgər təhlükəsizliyi onlara təlqin eləsək, eləyə bilsək, onlar Qarabağı qansız-qadasız qaytarmaq barədə düşünə bilərlər. Ermənilərin ürəyinə bu düşüncənin toxumunu səpmək, onu cücərdib becərmək gərəkdir. Mən “Azərbaycanı ermənilər üçün cəzbedici etmək gərəkdir” fikrini bölüşənlərdənəm. Gerçəkdən Azərbaycanı ermənilər üçün cəzbedici etməliyik...

Yoxsa... İki ermənini “cani” adlandırıb qabağını kəsməklə üstünlüyümüzü nümayiş etdirə bilmərik. Qarabağın təəssübünü çəkməyin, Qarabağın üstündə əsməyin, Qarabağı müdafiə etməyin uğurlu, daha uğurlu formasını, üsulunu tapmaq gərəkdir. Onsuz da bütün dünya əleyhimizədir. Onsuz da bütün dünya Qarabağı əlimizdən alıb, bağrımızdan qoparıb ermənilərə – Ermənistana verməkdən yanadır. Haqq-ədalət onsuz da unudulub. İşğalçı ilə işğal olunana fərq qoyulmur.

Niyə onlara “haqlı” olduqlarını göstərək? Niyə düşmən dəyirmanına su tökək?

Bizim haqlarımızın da olduğunu göstərsək, onların anlayıb-başa düşəcəyi şəkildə göstərsək, olmazmı? Torpağımızı geri versinlər, yurdumuzdan əllərini çəksinlər, qonşuluq da edərik, bir yerdə də yaşayarıq...

Emosionallığımızı isə müharibəyə saxlayaq. Sülh danışıqları uğursuz olarsa, istədiyimiz nəticə olmazsa, onsuz da müharibə qaçılmaz olacaq. Cəsarətimizi onda nümayiş etdirərik. Qəhrəmanlıq üçün onda meydan açılacaq. Bizimçün proses yox, nəticə önəmlidir. Biz Qarabağı – itirdiyimiz torpaqları geri almaq istəyirik. Zorla olacaq, zorla alacağıq! Xoşluqla olacaq, ermənilərin özlərinin də xeyrinə olacaq... Neçə illərdir, onlara – ermənilərə, Dağlıq Qarabağ ermənilərinə, yəni Azərbaycan vətəndaşlarına, bax, bunu başa salmaq istəyirik...

2010-04-27

Mediaforum.az

Tarix
2016.12.28 / 16:12
Müəllif
Aynur Camalqızı
Şərhlər
Digər xəbərlər

Xankəndidə yaşanan mistika və Əliyevin eyhamı...

Bu gün Xankəndi Paradına Onlar da qatılacaq…

“Xocalı alınsın...” Niyə belə qarğımışdın, Qənirə?

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir!

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Mehriban xanımın Laçında dediyi bu söz...

Ad gününü Laçın Gününə qatan Xanım…

Rasim Balayev nəyi “səhv” etdi ki…

Əliyevi əcnəbi jurnalistlərə sevdirən səbəb…

İlham Əliyev bu günü yaddaşımızdan sildi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla