Yuxarı

Kişisizlikdən əziyyət çəkən qadınlar

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boşanmaların sayı artır. Adam tanıyıram, sevgilisindən ayrılmaq üçün evlənib.

Qadın və kişi arasında ən həssas məsələlərdən biri də intim münasibətlərdir. Tibbi baxımdan yanaşsaq, bu tələbatı ödənməyən qadın aqressivləşir, onda olan mənəvi keyfiyyətlərdə müəyyən dəyişikliklər baş verir.

Götürək elə bizim qadınları, götürək deyirəm, çoxunu artıq çəkilərinə görə götürmək olmur.

Onlar “işin” bitirib, üzü divara yatan kişilərin qurbanlarıdır.

Azərbaycan qadınlarının bir qismi diqqətə, sevgiyə, qayğıya o qədər acdır ki, bir balaca xoş rəftar görən kimi adını sevgi qoyur.

Sosial şəbəkələrdə qeydiyyatdan keçən qadınların əksəriyyəti kişisizlik sindromundan əziyyət çəkirlər.

Bu sindroma “QKS” deyək: Qazanılmış Kişisizlik Sindromu.

Məşhur “Qadınlar nə istəyir” sualına cavab kimi yazılmış qalaq-qalaq kitablara ehtiyac yoxdur.

Qulaq asın, söyməyə tələsməyin. Qadın nə vaxt yada düşür? Necə ki, müqəddəs bildiyimiz Quran ancaq kimsə öləndə xatırlanır, eləcə də ayaqları altda cənnəti daşıyan möhtəşəmlər ancaq cinsi müstəvidə yada düşür.

- Qadın necə yaranır?

- Doğulur.

- Necə müqəddəs olur?

- Doğur.

Fikir verin, bunca bəsit izah.

Yadıma bir əhvalat düşdü. Gənclik metrostansiyası. Qız, oğlan, mən qatar gözləyirik. Doğrusu, niyyət odur. Əslində, qız oğlanı danlayır, mənim də qulağım onlarda.

Qız oğlanın telefonunu analiz edir, deyərsən, oğlan qatı cinayətkardır, qız müstəntiq:

- Bu kimin şəklidir? Yanındakı kimdir?

Oğlan da keşiş dinləyən günahkar tək boynubükük.

Hiss elədim, qız Votsapa girib. Dedi, vaxtı niyə gizlətmisən? Gecə məndən sonra burda olursan, gizlətmisən ki, səhər duranda gecə nə vaxt çıxdığını görməyim, hə?

Bir az ara soyudu. Birdən qız dedi, sən yanımda olanda sənə heç kim yazmır, məndən aralanan kimi onlayn olursan. Bəlkə, yanıma gələndə onları bloklayırsan? Blok siyahısına baxacam!

İkinəfərlik sükutdan sonra qız dedi, dünən gecə mənə dedin, evdəyəm, amma telefonda bayaq şəkil gördüm: dostlarınla, pivə-zad. O şəklin tarixinə baxdım, yalan demisən, dünən çəkilib...

Qatarın uğultusu, basabas...

Pəncərədən baxdım, qız soldakı vaqona mindi, oğlan pilləkənə doğru ölgün, əzik addımlarla.

Romantikaya, bayağı qısqanclığa, şeirə-meirə gərək yoxdur. “Kişi istənilən qadınla xoşbəxt ola bilər, əsas odur ki, ona aşiq olmasın”, - deyirdi ustad. Elm artıq sevgidən tutmuş nifrətə qədər bütün emosional halların izahını verməyə qadirdir.

Sizə deyim ki, bütün kişi-qadın münasibətlərinin kökündə, lap dərinliyində cinsəllik dayanır.

Elm sevgi prosesinin özünəməxsus izahını verir. Araşdırmalar göstərir ki, hər iki cins seks istəyir deyə, bunu sevgi kimi təsvir edir. Çünki kişilərin və qadınların sevə biləcəyi tiplər sistematk olaraq məlumdur. Kişilərin əksəriyyəti bel və omba nisbəti 3:4 nisbətində olan xanımları fiziki olaraq daha cazibədar hesab edirlər. Eyni zamanda, cazibədarlıq kriteriyasına dolğun saçlar, dodaqlar, simmetrik üz quruluşu, sıx qaşlar və döşlər daxildir. Bu, kişi üçün potensial olaraq daha yaxşı və sağlam nəsil yaranma imkanının olmasını göstərir. Kişilər bunu instinktiv olaraq duyurlar. Eyni şey qadınlara da aiddir. Qadınlar daha çox əzələli, enli kürəkli, böyük sinəli, möhkəm qollu və özündən arxayın kişiləri cəlbedici hesab edirlər. Bu da eyni zamanda qadın üçün instinktiv olaraq sağlam nəslin yetişmə ehtimalına işarədir. Sevginin bu cür materiallaşması və izaha yatımlı olması sizin üçün ümumi sevgi dəyərində ucuzlaşma hissi yaratmır ki?

Diqqətsizlik…

Diqqət - köynəyində ütüdən sonra iki xətt düşəndə səhvi qadında yox, ütüdə axtarmaq sənətidir – bunlar həm də adi mədəniyyət etiketləridir.

Bozbaş heç vaxt duzlu olmur, sən aldığın ətdə problem var - bax, bu da qadını kötəkləməkdir, amma mədəniyyətlə.

Qadının başı ağrıyanda problemi özündə axtarmaq, tez-tez çəkdiyin siqaretin təsiri, ya da qadınını gəzməyə aparmamaqda axtarmaqdır qayğı.

Həkimə aparmaq isə birbaşa problemi qadında gördüyünə işarədir.

Qaldı üçüncü məsələ: xəsislik.

Bu da çox ciddi problemdir.

Qadında fitrətən şöhrətə meyil, fərqlilik istəyi var, üzü Həvva anamızdan bu tərəfə gələn psixozdur.

Bu günün qadını bu boşluğu maddiyyatla doldurur: geyim olsun, restoranda nahar olsun, telefon olsun... Mümkün qədər xəsis olmamaq…

Ümumiyyətlə, cütləşməyə tələsməyin, nikah - dövlətə kiminlə yatıb-durduğunuzu göstərən rəsmi sənəddən başqa bir şey deyil.

Diqqətsizlik görən, qayğı hiss etməyən qadının münasibəti soyuyacaq.

Əri tərəfindən cinsi tələbatı ödənməyən bəzi qadınlar xəyanətə meyil edirlər. Elə kişilər də…Bu da sonralar ağır travmalara, faciələrə səbəb olur.

Kişi və qadın mütləq şəkildə bu cür intim məsələləri müzakirə edərək, çıxış yolu tapmalıdır.

Tarix
2018.01.27 / 08:30
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

Bunları edərək həyatınızı dəyişin - Bədən dili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla