Yuxarı

Ana, bu, evin gəlinidir, eşşək deyil

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda gəlin-qayınana problemi qədim bir dərddir, buna görə ailələr dağılıb, uşaqlar ya atasız, ya da anasız qalıb. Uzun illərdir mətbuatda, televiziyalarda bu barədə xeyli müzakirələr gedir, ancaq kütləni bu mövzuda tərbiyə etmək mümkün olmur ki, olmur. Yenə də dava-qırğın, qan, balta, dəhrə, göz yaşı, axırda da ayrılıq.

Əvvəla, televiziya verilişlərinin əksəriyyətində məsələ düzgün qoyulmur. Çünki məqsəd sanki gəlin tərəfdarları ilə qayınana tərəfdarlarını döyüşə çağırmaqdır. Bir tərəf deyir, gəlin haqlıdır, o biri də deyir, qayınana düz deyir, vəssalam. Yəni problem adicə bir veriliş səviyyəsində öz həllini tapmır. Çünki efirlərin məqsədi problemin həlli yollarını axtarmaq deyil, camaatın dərd-sərindən şou düzəltməkdir.

Psixoloqların məsələ ilə bağlı fikirləri də təəssüf ki, bir çox halda primitivdir. Psixoloqlar deyir ki, bəzən ananın övladına emosional sevgisi olur, oğlunu gəlinə qısqanır, gəlin də ana ilə barışmır, deyir, ayrı evdə yaşayaq. Bunu kim bilmir ki? Məsələ ondadır ki, ev yoxdur. Kişi iki daşın arasında qalır. Həyat da Hindistan filmi deyil ki, arvadının əlindən tutub gedəsən, anaya arxanı çevirəsən. Bəzən bir-iki saatlıq filmdə adamın anaya ehtiyacı olmaya bilər, ancaq həyatda anasız çox çətindir. Mən anamdan ötrü darıxanda ulamaq istəyirəm. Ona görə də gəlin-qayınana davasının ən kəskin məqamında arvadını seçən kişiləri anlamadım getdi.

Təəssüf ki, psixoloqlarımız hamının bildiyi məsələni dilə gətirirlər, amma həlli yolunu göstərmirlər. Göstərsələr də, uzaq başı deyirlər ki, bir-birinizə güzəştə gedin, vəssalam. Ancaq bir əsas məsələ var və mən də o fikirdəyəm ki, Azərbaycanda gəlin-qayınana davasının kökündə heç şübhəsiz ki, sosial problemlər dayanır. O mənada ki, valideyn uzun illər əzab-əziyyətlə böyüdüb boya-başa çatdırdığı övladına sığorta mənbəyi kimi baxır. Fikirləşir ki, oğlum pul qazanacaq və məni saxlayacaq. Ana bütün ömrünü bu arzu ilə yaşayır. Gəlin də bu günə kimi fikirləşib ki, ərimlə ayrıca evimiz olacaq, evdə kefimiz istəyən kimi yaşayacağıq, tullanıb düşəcəyik, evin istənilən küncündə sevişəcəyik, ürəyimiz istəyən səsləri çıxaracağıq... Fikir verin, ortada iki mənasız arzu var. Ata-ananın yaxşı pensiyası olsa, o, övladdan ayrı yaşamaq məsələsinə fikrimcə, problem kimi baxmayacaq. Ən pisi də odur ki, qayınana gəlinə də gəlir yeri kimi baxır. Kasıbçılıq düşüncəni bu yerə gətirib. Gəlin işləyəcək, evə pul gətirəcək, həm də uşağına baxacaq, evi-zadı yığışdıracaq.

Ay ana, bu, gəlindir, eşşək deyil.

Təəssüf ki, belə şeylər həyatı zəhərə döndərir. Təsəvvür edin, oğlan da yetkinlik yaşına çatır, ailə qurmaq istəyir və ən əsası isə müstəqil yaşamaq onun üçün daha maraqlıdır. Beş günlük dünyada heç olmasa, iki gün rahat yaşamaq istəyir. Ancaq bir-birlərini sevən iki gəncin taleyi ayrıca ev məsələsində daşa dirənir və problem burdanca inkişaf eləməyə başlayır, getdikcə kişi ilə qadın bir-birindən soyuyur, nəticədə ayrılmaq hər iki tərəf üçün yeganə çıxış yolu olur. Halbuki ata-ana öz qazancı ilə özünü dolandıra bilsə, bir çox gənc ailə dağılmazdı. Hər halda mən bu fikirdəyəm.

Bu yaxınlarda bir məhkəmə divarında elanlar lövhəsinə baxanda gözüm kəlləmə çıxdı. Maraq məni bürüdü ki, görüm, bizim insanlar məhkəməyə ən çox nə üçün müraciət edirlər. Qəribə bir mənzərə idi. Təxminən 50 nəfərin az qala yarısı boşanmaq istəyirdi...

Haradan tapaq o sevgiləri ki, bir ömür kirayələrdə çürüməyə razı olsun?

Tarix
2018.02.27 / 08:15
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Mövlud bu sözü deyən kimi hönkürdü...

Ağsaqqalın kitabındakı 3 primitiv səhv

"Alimlərimiz lupanı əlinə alıb, toyuğun dalına düşür ki..."

Türklər Azərbaycanda dövlət qurdular, mərkəzi isə...

Kəbə ətrafında çılpaq dönən qadın Peyğəmbərlə... - Tarixçi

Peyğəmbərin vaxtında hamı lüt gəzirdi, çünki... - Tarixçi

Müəllimə siqaret aldım, bütün qiymətlərimi yazdı

Gördünüzmü sizi söyməkdə nə qədər haqlıyam?!

Əli Kərim dedi ki, Osman Kremlə qusub, mən heç Baksovetə də...

Türkiyəli qız Azərbaycana gəlir, meşədə... – Pərvizin çəkdiyi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla