Yuxarı

Ağsaqqalın kitabındakı 3 primitiv səhv

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lap əvvəldən beynimizə yeridilib ki, böyüklər heç vaxt səhv eləməzlər, onların atdığı hər bir addım doğrudur, düzgündür. Əgər bir gənc bir ağsaqqala qarşı çıxırsa, onun bir sözünü iki eləyirsə, deməli, tərbiyəsi yoxdur, deməli, o gəncin islah olmağa böyük ehtiyacı var. Mən bu əxlaqı və mənəviyyatı dəfələrlə öz həyat yollarımda müşahidə eləmişəm, görmüşəm, şahidi olmuşam.

Məsələn, yaxınlarda bir içki məclisimiz oldu. Təxminən, 10-15 nəfər oturmuşduq, hamısı bilmədiyi elmlərin akademikləri, bilmədiyi mövzuların yazıçıları, ağsaqqal elm və mənəviyyat adamları idi. Mən də təsadüfən həmin məclisə düşmüşdüm. Orta məktəb şagirdi kimi qolumu qolumun üstündə cütləyib qocaman şəxsiyyətlərin söhbətlərinə qulaq asırdım. Hərdən onların məntiqsiz mülahizələrinə yüngülcə ilişir, söz atırdım, onlar da gülürdülər. Onlar güldükcə mən atmacalarımın dozasını artırırdım. Təbii, bu cəsarətimdə içkinin də rolu olmamış deyildi.

Birdən ağsaqqal yazıçılardan biri dözmədi, mənə dedi:

– Bala, uşaqsan, bizdən öyrən, sonra danışarsan. Sənin söz deməyə hələ haqqın yoxdur.

Söz mənə pis təsir elədi və sinəmi irəli verib yarızarafat, yarıciddi ona dedim:

– Ağsaqqal, istənilən kitabınızı verin, onun istənilən səhifəsini açın, bir vərəqdə 10 səhv tapım. Məclisdə oturan dilçi alimlər, akademiklər də görsün, düz deyirəm, yoxsa düz demirəm?

Bu dəfə isə qocaman yazıçı pərt oldu və stolun üstündən bizə hədiyyə gətirdiyi kitabından birini mənə uzadıb dedi:

– Buyur.

İnanın, mən qələminə, istedadına bələd olmadığım adam haqqında heç vaxt bu şəkildə hökm vermərəm. Haqqında danışdığım adam da əminəm ki, hər cümləsində quş buraxan, cümləni hiss eləyə, duya bilməyən mənasız bir yazıçıdır. Amma hər şeyi var: fəxri adlar, titullar, orden və medallar, ev, bağ, villa, cild-cild kitablar və s.

Çox böyük arxayınlıq hissi ilə kitabın təsadüfi bir səhifəsini açdım, oxumağa başladım. Fikir verin, kişi hekayədə yazmışdı ki, “hirsindən başına qan sızdı”. Dedim, başa yox, beyinə qan sızar. Sonra yazmışdı ki, “heç vaxt uşağı olmayan sonsuz kişilər...” Dedim, bunun birini yaz, ya sonsuz, ya da heç vaxt uşağı olmayan. Çünki ikisi də eyni mənanı ifadə edir. Daha sonra yazmışdı ki, qapını aralayıb içəri girdi. Dedim, qapını aralayıb içəri girməzlər, qapını aralayıb içəri baxarlar, yaxud, qapını aralayıb kimisə güdərlər... və s.

Axırda da yüngülcə bir söz atdım, dedim ki, gərək kitabınızın adını “Səhv” qoyaydınız. Təbii, kefim xeyli yaxşı idi.

Məclisdə hamı gördü ki, düz deyirəm, amma yenə də məni danladılar. Biri dedi ki, qələt eləyib səni bu məclisə dəvət elədim. O biri qayıtdı ki, bu uşağın xasiyyəti belədir, mətbuatda gündə bir hoqqa çıxarır, ağzına gələni yazır, işi-gücü ağsaqqal şair və yazıçılara söz atmaqdır. Mən isə başa düşdüm ki, daha onlarla deyişməyin yeri yoxdur. Çünki sözümü demişəm və gözümün qabağında hiss edirəm ki, məclisdə bir az da otursam, ağsaqqal yazıçının özü demişkən, başına qan sızacaq. Qorxdum ki, ölüb-eləyər, qanı üstümdə qalar. Ona görə də qəflətən ayağa qalxdım.

– Ağsaqqal, günah məndə deyil, amma üzr istəyirəm, – dedim.

Və badəni də götürüb məclisi tərk elədim...

Tarix
2018.03.10 / 08:45
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Mövlud bu sözü deyən kimi hönkürdü...

"Alimlərimiz lupanı əlinə alıb, toyuğun dalına düşür ki..."

Türklər Azərbaycanda dövlət qurdular, mərkəzi isə...

Ana, bu, evin gəlinidir, eşşək deyil

Kəbə ətrafında çılpaq dönən qadın Peyğəmbərlə... - Tarixçi

Peyğəmbərin vaxtında hamı lüt gəzirdi, çünki... - Tarixçi

Müəllimə siqaret aldım, bütün qiymətlərimi yazdı

Gördünüzmü sizi söyməkdə nə qədər haqlıyam?!

Əli Kərim dedi ki, Osman Kremlə qusub, mən heç Baksovetə də...

Türkiyəli qız Azərbaycana gəlir, meşədə... – Pərvizin çəkdiyi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla