Yuxarı

Üzündən xəyanət yağı daman sabiq məmurlar...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

D(S)öyüş terminatorları

Yaxud terrorçularla danışıq aparmırlar

Radikalizm anlayışı təxminən 15 ilə yaxındır ki, ölkənin siyasi gündəminə daxil olub. Daha doğrusu, 2001-2002-ci illərdən etibarən ənənəvi müxalifət düşərgəsində baş qaldıran fikir ayrılıqları Azərbaycandakı siyasi münasibətlər sistemində fərqli və bir-biri ilə ziddiyyət təşkil edən yanaşmaların ortaya çıxmasına zəmin yaradıb.

İlkin siyasi realizm öz yerini konstruktivizmə verib, sağ radikalizm isə ənənəvi ideoloji plarformasından uzaqlaşaraq subyektiv, irrassional və marginal maraqlar müstəvisində mübarizə yolunu seçib. Son 15 il ərzində ümumiləşdirilmiş şəkildə “radikal” adlandırdığımız qruplar öz ənənəvi siyasi mübarizə yolunu dəyişərək siyasi radikalizmin ənənəvi istiqamətindən tamamilə uzaqlaşıblar.

Bu və digər amillər, eləcə də daha öncə “radikal” adlandırdığımız müxalif qruplar və onların ölkədən kənara sızdırılmış tör-töküntülərinin son davranışları bu düşərgənin ümumiləşdirilmiş sosial-psixoloji portretinə yenidən nəzər salmağı zəruri edir.

Öncə qeyd edim ki, ənənəvi və hüquqi siyasi münasibətlər sistemindən özünütəcrid yolunu seçmiş marginal qrupların fəaliyyətini heç bir halda siyasi radikalizmlə əlaqələndirmək mümkün deyil.

Nəzərə almaq lazımdır ki, siyasi radikalizmin əsasını Jan-Jak Russonun fəlsəfi dünyagörüşü təşkil edir. Russo isə çoxluğun iradəsini dövlət idarəçiliyi və qanunların qəbul edilməsində prioritet hesab edirdi. Azərbaycandakı marginal qruplar və fərqli xüsusi xidmət orqanlarının, üzündən “xəyanət yağı” daman sabiq məmurların, erməni diasporunun idarəçiliyində olsalar da onlarla konkret zaman kəsiyində birgə hərəkət edən söyüş terminatorlarının fəaliyyəti azlığın iradəsinin şantaj yolu ilə, zorla, ictimai-siyasi dəyərlər sisteminə müharibə elan etməklə çoxluğa sırınmasına yönəlib. Burada söhbət çoxluğun siyasi hakimiyyətə münasibətindən getmir. Haqqında söz açdığım çoxluq siyasi sabitliyin və təhlükəsizliyin dinc birgəyaşayışın təməlini təşkil etdiyini anlayan, dövlət idarəçiliyinin islahatlar yolu ilə modernləşməsini arzulayan, regionda və dünyada baş verən proseslərin mahiyyətini dərk edən insanlardır. Çoxluğun iradəsinə qarşı savaş açanlar isə siyasi radikal cərəyanların təmsilçiləri deyil, siyasi ekstemistlərdir.

Dəyərli oxucuların diqqətinə çatdırım ki, siyasi məqsədlərinə çatmaq üçün ən sonuncu vasitələrdən, o cümlədən terror aksiyalarından istifadə edən fərdlər və ya qruplar siyasi ekstremist adlandırılırlar.

Azərbaycandakı marginal qrupların və ölkədən kənardakı söyüş terminorlarının son davranışları isə yalnız və yalnız siyasi ekstremizmin kriteriyalarına uyğun gəlir. Ölkəni səngərlərə, cəmiyyəti barışmaz qütblərə bölmək istəyən bu d(s)öyüş strategiyası isə şübhəsiz ki, məqsədyönlü şəkildə seçilib. Bəs məqsəd nədən ibarətdir?

Siyasi mübarizədə bütün ənənəvi metodları sıradan çıxarmaq, ictimai-siyasi münasibətləri daha geniş müstəvidə barışmaz həddə çatdırmaq; Azərbaycan xalqının ənənəvi tolerant dünyagörüşünə, ictimai-siyasi münasibətləri tənzimləyən mənəvi dəyərlərə, əxlaq kriteriyalarına, birgəyaşayış qaydalarına zərbə vurmaq; Siyasi opponentlərin, insanların bir-biri ilə söyüşlə, təhqirlə danışmasını adi hala çevirməklə, ənənələri gözdən salmaqla qeyri-ənənəvi olan hər şeyin siyasi mübarizədə məqbul olduğunu qəbul etdirmək; Cəmiyyətin fərqli düşünən fərdləri arasına düşmənçilik toxumu səpmək və bu düşmənçiliyi dövlət idarəçiliyi, siyasi münasibətlər sisteminə daşımaqla dövləti və ictimai təhlükəsilik mexanizmlərini sıradan çıxarmaq; Dövlətin və xalqın immun sistemini məhv etməklə onları kənardan daxil olan bütün neqativ ssenarilər qarşısında müqavimətsiz qoymaq...

Əslində bu strategiyanın hədəfləri yeni deyil və bu gün xaosun dibinə yuvarladılmış, sabitliyini on, bəlkə də daha çox illər ərzində bərpa edə bilməyəcək bir sıra ölkələrdə sınaqdan çıxarılıb. Lakin Azərbaycana qarşı yönəlik strategiyanın “ərəb cəhənnəmi”nə çevrilən ölkələrdə həyata keçirilən ssenarilərdən müəyyən taktiki və strateji fərqləri var. Şübhəsiz ki, hədəf eynidir.

Fərqlər isə Azərbaycan xalqının dünyagörüşü, intellektual və mədəni səviyyəsi, daşıdığı dəyərlər, ölkədə mövcud olan ictimai-siyasi münasibətlər sisteminin real mənzərəsi ilə bağlıdır. Məhz bu səbəbdən də Azərbaycana qarşı d(s)öyüş strategiyasını ssenarisini cızan dairələr “ərəb cəhənnəmi”nin gerçəkləşdirildiyi ölkələrdə daha öncə mövcud olan, aşırı sosial ədalətsizlikdən, hüquqi nihilizmdən, təhsilsizlikdən, intellektial və mədəni potensialın aşağı olmasından və digər neqativ səbəblərdən qaynaqlanan atmosferi ölkəmizdə süni surətdə yaratmaq yolunu seçiblər. Ən ağır söyüş və təhqirlərlə müşaiyət olunan və özfəaliyyət elementləri ilə pərdələnən iyrənc anti-Azərbaycan kampaniyalarının əsasında da məhz bu məqsədlər dayanır.

Əslində bu kampaniyalar dövlətimizə, xalqımıza, istiqlal ideallarımızın keşiyində dayanan şəxsiyyətlərimizə qarşı həyata keçirilən terror aksiyalarıdır. Sadəcə hələlik silahdan və partlayıcı maddələrdən istifadə edilmir. Bu siyasi mübarizə deyil və bu adamların da siyasi mübarizəyə heç bir aidiyyatı yoxdur.

Bu siyasi ekstremizm və terrorizmdir. Terrorçularla isə danışıq aparmırlar!

P.S. Şübhəsiz ki, ölkəmizə qarşı həyata keçirilməsi planlaşdırılan bütün ssenarilərin qarşısında dövlətimizin gücü, xalqımızın intellektual, mədəni və mənəvi potensialı, dünyagörüşü dayanır. Amma bütün bunlarla arxayınlaşıb susmaq, müşahidəçi mövqeyində dayanmaq da yol deyil.

Danış ki, kim olduğunuzu və kim olduğumuzu bilək!

Tarix
2018.03.18 / 21:36
Müəllif
Elçin Mirzəbəyli
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı casus şəbəkəsi...

Kremlin səhvi: cəzasını İrəvan çəkəcək

İrəvan ordumuzun önünə canlı meyitlərlə çıxır - Video

Şərəfi olan heç bir siyasətçi bunu etməzdi

İrəvan torpaqları qaytarmağa hazır olub: Babayanın etirafı...

III Dünya müharibəsinə hazır idilər, ancaq...

Vətəni az qala yaddan çıxarmışdılar, indi isə...

Qüdrət Həsənquliyevin 55 yaşına sözardı

Bu məmurlar ağlasığmaz yollara əl atır

Dostların xilası üçün əlindəki qumbaranı partlatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla