Yuxarı

Oturmaq üçün qəzet var, qəzet!..

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oturmaq üçün qəzet var, qəzet!..

“İnsan ağacları kəsib ondan kağız hazırlayan, sonra isə həmin kağızın üstünə “ağacları kəsməyin” yazan canlıdır”.

Hazırda bəzi dövlət qurumlarımız ağacların kəsilməsinə qarşı mübarizə aparsalar da, qəribə bir şəkildə yuxarıdakı fikri təsdiq etmiş olurlar. Bu mənada ki, ölkədə bir sıra nazirliklər hələ də çap mediasını saxlamaqla həm dövlət büdcəsinə zərbə vururlar, həm də elektron medianın inkişafına mane olurlar.

Qəzet demişkən, bir dəfə Tofiq Bəhramov stadionunda matça getmişdim. Bir oğlan əlində bir topa qəzet tutmuşdu və bu sözləri təkrarlayırdı: “Qəzet... oturmaq üçün qəzet”.

Bəli, getdikcə qəzetin təyinatı da dəyişir. Ona görə ki, qəzetdəki xəbərləri insanlar 24 saat əvvəl saytlardan, sosial şəbəkələrdən öyrənirlər. Bir hərəkətlə dünyanın istənilən ölkəsindən xəbər tutan insan heç vaxt küçə-küçə gəzib qəzet axtarmaz. Axtarmır da. Əvəzində dövlət büdcəsinə və qurumların “qoruduğu” ağaclara heyf olur.

Əslində, məsələ çox sadədir. Nazirliklər bu qəzet və dərgilərə ayrılan minlərlə manatın cəmi 10 faizini elektron mediaya ayırıb, öz xəbərlərini reytinqli portallarda yayımlaya bilərlər. Belədə həm sözügedən xəbərlərdən daha çox insan xəbər tutar, həm də informasiya savaşının getdiyi dövrdə elektron media ciddi dəstək görər.

Heç bir əhəmiyyət daşımayan çap orqanlarının fəaliyyətini davam etdirməklə yalnız və yalnız özümüzü aldatmış oluruq. Və ən pisi odur ki, bu məsələdə təkcə elektron media deyil, nazirliklər, güc strukturları və ən nəhayət, dövlət özü də itirir.

Sevindirici haldır ki, son dövrlər ölkədə bir sıra sahələrdə islahatlar aparılır. Lazımsız qurumlar ləğv edilir, eyni işi görən qurumlar birləşdirilir. Yaxşı olardı ki, belə islahatlardan biri də dövlət büdcəsi hesabına maliyyələşən qəzet-dərgi sektorunda aparılsın.

Yəqin ki, gec-tez bu sahədə islahatlar aparılacaq və Azərbaycan mediası özünün yeni inkişaf mərhələsinə keçərək, bir informasiyanın bir güllə kimi vacib olduğu dövrdə öz missiyasını daha böyük mənada yerinə yetirəcək.

Tarix
2019.01.29 / 16:31
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat

Netanyahu Trampın bu sözündən şoka düşdü və dərhal...

Rusiyadan bu ölkələrə xəbərdarlıq: Zərbə endirəcəyik!

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

Qərb ekspertlərindən Rusiya HHQ ilə bağlı xəbərdarlıq

İrandan şok: Neft dolu tankerləri okeanlara buraxıb...

Almaniyadan İsrailə Livanla bağlı çağırış...

Rusiya Dnestryanıdan hücuma keçə bilər? - Ekspert

ABŞ NATO ölkələrini belə cəzalandıracaq

İrana çox şeylər təklif edə bilərik - Vens

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla