Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 May 2020


Koronaya görə çox sağ ol, Allah!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salam, Allah!

Məni maraqlandırmır kim sənə inanır, kim inanmır.

Körpəlikdən səni tanımışam və sənə inanmışam.

İndi isə sənə yazıram.

Niyə yazıram?

Əslində müxtəlif vaxtlarda, müxtəlif mövzularda sənə yaza bilərdim. Çünki səninlə danışmaq istədiyim saysız mövzular var. Amma qismət bu günə imiş.

Ucqar bir kənddə, itirmək, yox olmaq qorxusu ilə anasına sığınan bir qızın sənə demək istədikləri var. Yəgin ki, eşidərsən.

Necə yox oluruq?

Dünyanın, adamların halından yəqin ki, xəbərin var!

Görürsənmi, həyat necə davam edir, proseslər necə cərəyan edir, adamlar necə dəyişir, necə vəhşiləşir, necə yox olur?!

Görürüsənmi, burada hər şeyin qiyməti var! Adamların yaratdığı və pul adlandırdıqları kağız parçası var – indi həyat onunla idarə olunur. İndi hislər də onunla alınır, onunla satılır. İndi adamlar pulla danışır, pulla susur. Ona görə savaşırıq, ona görə müharibəyə çıxırıq.

Burda qardaş bacısını qumarda dostuna uduzur. Burda ata öz qızına təcavüz edir, qadın bədənini satıb, adını təbii ehtiyac qoyur. Övlad anasını öldürür; insan heyvanla cütləşir; yazda qar yağır...

Yəgin görürsən dünya necə silkələnir. İnsanlar (sənin yaratdıqların, yaxud hər nəsə) necə yox olur, dəyərlər necə məhv edilir.

Bir də... bütün bu bədbəxtliklərin üstünə “koronavirus” adlı dəhşət gəlib. Hansı ki adamlar bir-birlərini yoluxdurur, öldürür.

Bu, silahsız savaşdır. Burada yalnız bir tərəf var. Savaşan da, uduzan da birdir – insan.

Dünya koronavirus adlı bu bəlanın ağuşunda boğulur - qorumaq istəyərkən, öldürürük.

Adamlar yetim qalır, kimsəsiz qalır. Ana övladı ilə, bacı qardaşı ilə ünsiyyətdən çəkinir, ata övladına toxunmağa qorxur.

Hə, biz yetim qalmışıq. Yetim qalırıq...

Eyni yerə göndərdiyin, bir səma altında yaşayan fərqli dillərdə danışan fərqli rəngli, fərqli dinli insanlar indi bir virus ətrafında bütövləşib. İndi çinli də, alman da, yəhudi də, rus da birdir – sadəcə insan.

İndi hamı bir dildə danışır, indi hamının bir dini var – Korona.

Bilirsən, həyatda ən axmaq hissdir çarəsizlik. Təsəvvür et, “yaşamaq üçün çölə çıxma” deyilən ata hər gün evindən çıxmağa məcburdur, ana əlində süpürgə küçələrə düşməlidir. Yaşamaqçün yerpulu ödəyirik burda. Torpağını da, suyunu da pulnan satırlar bizə.

Texnologiya bizi cənginə alıb. İndi milyon kilometrlərlə uzaqda olan bir əzizinə yalnız telefon, internet vasitəsilə baxa bilirsən, eşidirsən, amma... toxuna bilmirsən. Adamlar onsuz da darıxmaq hissini unutmuşdular. İndi isə bütünlüklə texnologiyadan asılıyıq. Daha da robotlaşırıq. Liderlər görüşlərini onlayn keçirir, adamlar işlərini evdən idarə edirlər.

Nəhəng şirkətlər tab gətirmir, iqtisadiyyat məhv olur.

Dünya liderləri bir araya toplaşıb, virusla mübarizə yolları axtarırlar. Nəticə isə - gündə minlərlə insan həlak olur.

Davam edimmi?..

Hamı öləcəyini bilərək yaşayır.

İndi isə vəziyyət fərqlidir, adamlar ölməkdən yox, yox olmaqdan qorxur...

Virusdan ölənlərin meyitini sıralanmış yük maşınları ilə daşıyırlar. Yandırırlar, kül edirlər...

Rəqəmlər dəhşətə gətirir.

Ağlayaraq imdad diləyən virus daşıyıcıları var – mən baxa bilmədim sona kimi, amma sən bax, nə olar, sən bax!

Koronanın bizə öyrətdikləri...

Bu bəlaya görə həm də təşəkkür etmək istəyirəm sənə.

Ona görə ki, bizə bir-birimizdən daha dəyərli heç nəyin olmadığını sübut etdin.

Göstərdin ki, bəşəriyyət min illərdir boşuna savaş edirmiş, qan tökürmüş.

Sübut etdin ki, Suriyada körpəsinin meyitini qucaqlayaraq ağlayan atanın səsini eşitmisən; yandırılan dəvələrin naləsini, döyülən, təhqir edilən, işgəncə verilən azyaşlıların “Allah”deyə çığırtısını eşitmisən.

Öyətdin ki, əslində kiçik bir molekulun kölgəsində itib-batan Azıx adamıyıq. Hansı ki, illərdir bundan xilas üçün bir sistem belə qura bilməmişik.

Mesajını aldıq: cahilliyin, yalanın, azğınlığın baş alıb getdiyi bu dünyada artıq həyəcan təbili çalınmalı idi.

Deyirlər, çox şey dəyişəcək, dünya yenidən qurulacaq. Bəlkə yenilənmə üçün düyməni sıxan da elə sən olmusan.

İndi sənin varlığına inanmaq üçün sübut axtaranları boş ver.

Bu kiçik molekul dünya dəyərlərini darmadağın edir.

Bizi yalnız sən xilas edə bilərsən!

Amma bu dəfə dünya düzənini özün qur – insanların qurduqlarını gördük...

Tarix
2020.03.29 / 09:06
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Oğuzda itkin düşmüş şəxsi ayı parçalayıb? - Rəsmi

14 yaşlı uşağı kim öldürüb? - Əmisi danışdı

Vilyam Hacıyevin milyonluq avtomobilləri – Foto

Kamal Abdulla tələbələrə yenə yardım göndərdi

Qazax sərhədçilərinin öldürdüyü azərbaycanlı... - XİN

Rəsmi Bakıdan İrəvana Qarabağ cavabı

Bakının qərarı: NATO ilə əməkdaşlıq davam edəcək

Turizm bölgəmiz karantində... - Foto

Mənsimovun həbsindən öncə son tapşırığı

İH-də kadr dəyişikliyi: Başçı onları işdən çıxardı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla