Yuxarı

Donub qaldım, 27 il keçsə də, bunu unutmayıb...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalqımızın qələbəyə inamı gün keçdikcə artmaqdadır. Qüdrətli Ordumuzun Ali Baş Komandanının, Prezidentimizin qətiyyəti və mahir diplomatik gedişləri sayəsində artıq “işğalçı erməni” adlı virus təsir gücünü itirib. Bütün xalq yumruq kimi birləşib, xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirən Rəhbərinə, onun yaratdığı güclü Qələbə Ordusuna dəstək verir. Kimi canı-qanıyla, kimi mənəvi və maddi dəstəyi ilə!

Cavan canını torpaqlarımızın işğaldan azad edilməsində əsirgəməyən qonşum Sadıqlı Şahinin oğlu İbrahim Sadıqlı tariximizin ən şərəfli səhifəsinə düşməklə nəinki ata-anasının, həm də qardaşlarının, qohum-əqrəbasının, eləcə də Binəqədi rayonu, 6-cı mikrorayonda yaşayan qonşularının üzünü ağ etdi. İbrahim gözümüzün qabağında böyüyüb başa çatmışdı. Atası Şahin müəllimlə uzun illər Mətbuat və İnformasiya Nazirliyi sistemində bir binada işləmişik. O, ən böyük mətbəədə, mən ən böyük nəşriyyatda.

Şahin müəllim prinsipial, mərd, sözü həmişə birbaşa deyən adam, övladlarını halallığa öyrədən, vətənpərvər ruhda yetişdirən qayğıkeş, mehriban, eyni zamanda sərt və tələbkar ata kimi hər birimizin rəğbətini qazanıb. İndi sonbeşik oğlu İbrahim şəhidlik zirvəsinə ucalanda bu gözəl insanı başqa rakursdan tanıdım. Adam o qədər təmkinli, səbrlidir ki, ailə üzvlərindən başqa, hüzrə gələnlərə də təsəlli verir, sanki ömrü hesabına böyütdüyü ciyərparası onun yox, başqalarınındır.

Mənə xitabən dediyi sözləri olduğu kimi yazıram: “Əlövsət müəllim, 1993-cü ildə bax bu məhlədə şəhid qardaşın Mahiri son mənzilə yola salanda atan İbrahim dayı dedi ki, “qalan dörd oğlum da şəhid olsun, təki Vətən basılmasın”.

Donub qaldım: bu boyda faciənin içində olasan, 27 il əvvəlki hadisəni sözbəsöz təkrar edəsən. Bax, milləti Millət edən belə kişilərdir. Şahin müəllim heç kimin ona təsəlli dolu sözlər deməyinə imkan vermir, “İbrahim bugündən təkcə mənim yox, hamınızın balasıdır!” deyirdi.

Bəli, Şahin müəllim, İbrahim dünənə kimi sənin oğlun idi, indən sonra bütün millətin şərəfli övladı oldu!

İllər keçəcək, yaralar sağalacaq, amma İbrahim Şahin oğlunun qəhrəmanlığı, sücaəti heç kimin yadından çıxmayacaq. Adı xalqımızın Zəfər Panteonuna qızıl hərflərlə həkk olunacaq və gələcək nəsillərin qürur yeri olacaq!

Bu xalq heç vaxt öz xilaskarlarını unutmur. Necə ki Şahin müəllim 27 il bundan əvvəlki olayı unutmayıb. İndi hər iki İbrahim haqq dünyasındadır, biz də onları unutmayacağıq. Başını həmişə olduğu kimi dik tut, əziz qardaşım Şahin müəllim! İbrahimlər bu haqqı bizə qazandırdı!

Tarix
2020.10.08 / 13:17
Müəllif
Əlövsət Ağalarov
Şərhlər
Digər xəbərlər

Bakının mərkəzində casus axtarışı…

Dedi, sən də məndən sonra belə yazacaqsan?

Şəhid xüsusi təyinatlımız: Atamla anama deməyin ki...

Ali Baş Komandana açıq-aşkar uduzan şərəfsiz çaqqallar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla