- Məhəmməd Mursini ölüm cəzasına məhkum edən Sisi
hökuməti daha çox diktatordu, yoxsa Müsəlman Qardaşlarının
qeyri-leqal fəaliyyətinə 30 il dözümlə yanaşan Hüsnü
Mübarək?
- ABŞ Müdafiə naziri Eşton Karter 1 milyon İraq əsgərinin İŞİD-ə
qarşı döyüşmək istəmədiyini dilə gətirib. Lakin tiran adlandırılıb
edam edilən Səddam Hüseynin komandanlığı altında həmin ordu özündən
2 dəfə güclü İrana qarşı 8 il rəşadətlə vuruşmuşdu. Görünür,
diktatura rejiminə qulluq etmək "demokratik İraq"ın əsgəri olmaqdan
daha şərəflidir!
- Rusiyanın Sovetlər dövrünün qəhrəmanlarını diriltməsi Qərbi o
qədər qorxudur ki, onlar dünyaya öz ölülərini yandırıb külə çevirən
hindu ənənələrini qanun kimi qəbul etdirmək istəyirlər!
- Gürcüstanda zəif prezident-güclü baş nazir institutu Qərbin
çəkindirmə və balans siyasətidir. Lakin Marqvelaşvili
Qaribaşvilindən çəkinmədiyindən və siyasi sistemdə tarazlıq
yaranmadığından hakimiyyət qəzaları qaçılmaz olur!
- Pakistandan "Ərdoğanı 5 illiyinə bizə verin" müraciətini
nəzərə alaraq Türkiyədə siyasətçilərin və dövlət adamlarının
transferinə birdəfləik moratorium qoyulub!
- Makkeyn FİFA-nı dağıtmaq qərarı verib. Amerika konqresmeni
ərəb qitəsində bombalarla oynanılan futbolu Avropaya keçirir!
- Azərbaycanda hakimiyyəti tənqid edənlərin hərəsinin öz qiyməti
var. Sadəcə rəsm hərraclarından fərqli olaraq burada kotirovkalar
yuxarıdan aşağıya doğru dəyişir!
- Ukrayna Radası hökumətə xarici borcları qaytarmamaq hüququ
verib. Vaxtilə bolşeviklər də Çarın xarici dövlətlər qarşısındakı
öhdəliklərini yerinə yetirməkdən imtina etmişdilər. Sovet hökuməti
o borcların əvəzini çox baha ödədi!
- Qərb Rusiyaya "Türk axını"nı çəkməyə imkan vermədiyindən Putin
rəqiblərinə qazın sıxılma həddini Ukraynada göstərməyə çalışır!
- Saakaşvili Odessanın qubernatoru təyin olunub. Ukraynanın
Gürcüstanlaşması davam edir!
- 2004-cü il Gürcüstan inqilabından sonra qızılgül təbiətin yox,
siyasətin gülüdür!
- Ermənistanda soyqırımın 100 illiyi davam edir. Serj
Sərkisyanın prezidentliyi azərbaycanlıların ermənilərə ən böyük
pisliyidir!
- Avropa ölkələrində siyasi hakimiyyətdə azlığı təmsil edənlərin
sayı durmadan artır. Sizsə Qərb hökumətlərindən kişilik tələb
edirsiniz!
- Eynicinsli nikahları görən Mendelson "Vağzalı"ya müəlliflikdən
imtina edib!
- Əgər insanların sintetik üzlüklərini sökmək tələb olunsaydı,
Nəsiminin dərisinin soyulması ən yüngül cəzaya çevrilərdi!
- Dünyada karton inşaat sənayesindən daha çox təhsil
müəssisələrində istehsal olunur - diplom üzlüklərinə görə!