Yuxarı

ABŞ Əfqanıstanda uduzdu? Daha dərin düşünün…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Əfqanıstanda Talibana uduzduğunu deyənlərin daha dərindən düşünməsi üçün bir neçə maraqlı faktı xatırladıram:

Taliban məhz ABŞ-ın Demokratlar Partiyasının hakimiyyətdə olduğu illərdə - Bill Klintonun prezidentliyi dönəmində (1993-2001) - 1994-cü ildə Pakistan kəşfiyyatının aşkar dəstəyi ilə səhnəyə çıxarılıb. Meydana çıxan kimi də əvvəlcə Türkmənistandan Əfqanıstana və Pakistana gedən əsas magistrala, sonralar isə gələcəkdə Hind okeanı limanlarına çəkilməsi planlaşdırılan neft-qaz xətlərinin keçəcəyi əsas dəhlizə nəzarəti ələ alıb...

2000-ci ilin prezident seçkiləri öncəsi ABŞ Konqresindəki respubilkaçılar Klinton administrasiyasını Talibanla əlaqələrdə suçlayaraq, əllərindəki dəlillərə cavab tələb ediblər, ancaq “Məxfidir” cavabıyla dinləmələrin qarşısı alınıb.

Respublikaçı konqresmenlər 2000-ci ilin prezident seçkiləri ərəfəsində açıq şəkildə iddia edirdilər ki, demokratların administrasiyası Talibanı Əfqanıstanda gücləndirir, onun rəqiblərini zəiflədir...

2001-ci ildə hakimiyyət sükanı arxasına keçən respublikaçı prezident Buş (2001-2009) isə Əl-Qaidə lideri Üsamə bin Ladeni zərərsizləşdirmək bəhanəsiylə NATO-nu Əfqanıstana soxur və Talibanı hakimiyyətdən salır...

2008-ci ilin prezident seçkilərində respublikaçılara qalib gələn demokrat prezident Obama (2009-2017) adiminstrasiyası da elə fəaliyyətə başladığı 2009-cu ildən Talibanla yenidən təmaslara keçir. Talibanla danışıqların uğurla getdiyi və konkret razılaşmaların əldə olunmasından sonra - 2011-ci ilin mayında isə Əl-Qaidə lideri bin Ladenin Pakistanda gizləndiyi yer müəyyən edilir və öldürülür. Taliban Əfqanıstanda yenidən gücləndirilir...

Əl-Qaidə səhifəsinin qapandığı ərəfələrdə isə İraqda və ardınca da Suriyada İŞİD səhnəyə çıxarılır və 2014-16-cı illərdə bütün dünyanı lərzəyə salır, o cümlədən aktiv şəkildə Əfqanıstan dağlarına transfer edilir...

İndi ABŞ-da yenidən demokratlar hakimiyyət başındadır və yeni prezident Bayden fəaliyyətə başladıqdan cəmisi 7 ay sonra ABŞ-ın Əfqanıstana daşıdığı silahları da Talibanın öhdəsinə buraxaraq, çıxır. Bu silahlar Talibana öz rəqibləriylə savaşda çox gərəkli olacaq...

Taliban hökuməti rəsmən tanınandan və legitimlik statusu qazandıqdan sonra isə Əfqanıstan üzərindən Pakistan limanlarına çıxış imkanı verən bütün nəqliyyat dəhlizləri artıq bir qüvvənin əlində olacaq.

Tarix
2021.09.03 / 14:46
Müəllif
Elxan Şükürlü
Şərhlər
Digər xəbərlər

Ərdoğana qarşı plan: Putin buna görə Türkiyəyə gedir

Hacı Şahinin son xidməti…

Ərdoğana qarşı qəsd planı işə düşdü…

AP-dən Bakıya qarşı addım - Əliyev anons etmişdi...

ABŞ-ın İrana qarşı “Kissincer planı” işə düşdü

ABŞ-ın İranla bağlı faktları Rusiyanı təşvişə saldı...

Putin mesaj verdi, Nikol anında bunları etdi…

İlham Əliyevin bu mesajı İranı silkələyib ayıltmalıdır

İçimizdəki fitnəkar sürüsü və xain şəbəkəsi

Nikol özünü ifşa etdi: Məqsəd görüşdən imtina imiş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla