Yuxarı

Küçələrinə tüpürülən, oğlanları saç boyayan Bakı…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niyə mən Bakıda, öz doğma torpağım üstündə gəzərkən başqa şəhərlər arzusunda olmalıyam? Niyə mən gözəl gənclik yaşamaq üçün, gözəl iş, karyera üçün başqa ölkələri arzulamalıyam?

Səhər işə gələndə taksi ilə keçdiyim dar bir küçədə gördüyüm 3 adam: biri küçəyə siqaret kötüyü atırdı, biri çox iyrənc formada tüpürürdü, biri isə yerə atılmış çörək qırıntılarını ovucuna yığırdı...

Buna bənzər minlərlə mənzərənin hər gün çoxumuz şahidi oluruq. Mənə hədsiz təsir edir. Təsirinə düşürəm və gün ərzində fikrimdən çıxmır.

Ümumiyyətlə, niyə zibilləyənlər təmizləyənlərdən həmişə çox olur?

Digər gözəl yerləri qoyuram kənara, elə Bakının özündən danışaq. Niyə insanlar küçələrdə yeriyərkən mütləq bir-birinin üstünə çıxmalıdır; niyə həmişə yolun düz ortasına tüpürməliyik; niyə dənizi tualet əvəzinə istifadə etməliyik; niyə tıxaclar olmalıdır; niyə sərnişinlər avtobus sürücüsü ilə kölə kimi danışmalıdır? Niyə hamı bir-birinə bu qədər aqressivdir; niyə hamı bir-birinə söyür; niyə insanlar bir-birini sevmir, hörmət etmir?

O qədər kökdən gəlir ki bunun səbəbləri, o qədər şaxəlidir ki...

Bağça müəlliməsindən icra məmuruna, universitet rektorundan ayaqqabı təmirçisinə kimi hamı rüşvətə meyillidir, hamı daha çoxunu istəyir, hamı daha çox aldadır, hamı daha çox yalan danışır.

Niyə adi bir tibb bacısı dövlətdən milyonlar mənimsəyə bilir bu ölkədə? Hələ məmurunu, yüksək vəzifəlisini demirəm. Tibb, təhsil... müəllimi də, təbibi də rüşvət almağa çalışır…

Niyə yaxşılar pislərə çox vaxt məğlub olur? Nəqliyyatda, növbələrdə, alış-verişlərdə, lap elə ünsiyyətin özündə belə mədəniyyətli olsaq, gözəl davransaq, küçələri təmiz saxlasaq, daha çox gül əksək, daha çox oxusaq, daha çox qorusaq təbiəti...

Olmazmı?

Bakıda oturub Şuşa üçün ölümə çağıranlar, heç olmasa, siz də nəsə edin, məsələn, siqaret kötüyünü yerə atmayın!

Savaş yalnız düşmənlə olmur.

Bakı çirkablar içində boğulur, hər küçəsi söyüş, hər evi qan, təhqir…

Bakının körpə qızları zorlanır, oğlanlar saç boyamağı daha çox sevir...

Söhbət yalnız küçə təmizliyindən getmir. Beyinlər təmiz qalsa, daha çox xoşbəxt olarıq, xoşbəxtlər ölkəsini xəyal etmədən.

Tarix
2021.11.04 / 14:59
Müəllif
Turanə Məmmədli
Oxunub
84 488
Şərhlər
Digər xəbərlər

Prezidentliyə namizəd olan 65 yaşlı subay kimdir?

Rusiya 100 ildən sonra Qarabağı “tanıdı” - Video

Acun Bakıda ən böyük sirrini açdı - Qananlar üçün!

Daha heç kim Qənirə Paşayeva olmaq istəməyəcək

Nərminin qatili əslində kimdir? Yalnız bir şahid var!

Ermənilər bu döyüşdən sonra təslim oldu - Müharibə iştirakçısı

Fətullayev mənə 100 min təklif etdi... - Əvəz Zeynallı

SOCAR adından milyonlar mənimsənilir – Şok fırıldaqçılıq

Nazilə Səfərli Kəlbəcərə getdiyini təsdiqlədi

Müharibədən sağ-salamat qayıtdı, qəzada öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla