Yuxarı

Müharibə harda gedir? Bəs, Bakı niyə müzakirə edilir?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə harda gedir? Ukraynada! Kim başlayıb bu davanı? Rusiya Federasiyasınının anti-NATO təfəkkürü! Hara yandırılır, hara vurulur? Ukrayna ərazisi.

Bu saat planetin zəki başları, intellektual düşərgəsi Rusiya-Ukrayna müharibəsini necə dayandırmaq barədə düşünməlidir, BMT Təhlükəsizlik Şurası az qala hər gün dayanmadan fövqəladə iclaslar çağırmalıdır. Axı müəmmalı pandemiyadan getmir söhbət. BMT onda daha tez-tez yığışırdı! Axı bu, kovid deyil... Bu müharibədə həlak olan, didərgin düşən körpələri maskalar xilas etmir axı.

Məntiqlə Avropa Parlamenti də dayanmadan fövqəladə toplantılar, dinləmələr təşkil etməli, bəlkə bir iclasını elə Kiyevdə, ya da Xarkovda keçirməliydi. Bilmirəm. Amma inanın mənə ki, belə pianino ifaları filmdə maraqlıdır. Kinoda maraqlıdır. Artistlərin ifasında, səhnədə maraqlıdır. Amma həyatda yox.

Bəs məntiqə, elə ədalətə görə də Ukraynanı müzakirə etməli olan Avropa Parlamenti nəylə məşğul olur ilin-günün bu vaxtı? Azərbaycanı müzakirə edir... O Azərbaycanı ki, bu saat Ermənistan faşizminin dağıdılmış yurdunu bərpa etməkdədir. Yollar çəkir. Binalar tikir.... Torpaqları minalardan, məscidlərimizi donuz nəfəsindən təmizləyir...

Azərbaycan onun məbəd və mənzillərini dağıdan, bu gün də yenidən tar-mar eşqilə yaşayan, dövlətimizin sülh və dinc yaşamaq çağırışlarını karlığa vuran ermənilərə artıq öz gələcək vətəndaşları kimi yanaşır, daha üstlərinə raket, mərmi, güllə, qəlpə, PUA yox, dua, azan göndərir. Azanlar üçün... Bax, budur bizim mahiyyətimiz! Budur!

Amma Avropa Parlamenti donuzu yox, donuzu məsciddən çıxaranı məhkum edirsə, donuz ürəyi köçürülmüş bu xristian bədbəxtin ölümündə də rəmz tapa bilərik. Müsəlmanlara qarşı donuz təhqirinə donuz ürəyi, insan bədənində belə dözə bilmir. Cəmi iki ay yaşaya bildi bədbəxt. Bəs bizim ürəyimiz necə dözür!?

Avropa Parlamentində qəbul edilmiş, Qarabağla bağlı Azərbaycanı tənqid edən qətnaməyə imza atanlardan biri – Fransua Belamidir. Yanındakı isə dırnaqarası azərbaycanlı Məhəmməd Mirzəli. Siz onun Azərbaycan nifrətli birisi olduğunu artıq bilirsiz. Və bu adam antiazərbaycan qətnaməsinin fəal təbliğat və təşkilatçılarından biri ilə yalnız ona görə şəkil çəkdirir ki, Azərbaycana, onun liderinə qarşı açıq düşmən mövqeyindədir. Təkrar edirəm, Avropa Parlamenti dağılan, yandırılan Ukraynanı yox, qurub-yaradan Azərbaycanı müzakirə edir. Ona qarşı qətnamə, Azərbaycana nifrət aşılayan, ona böhtanlar yağdıran bir sənədi müzakirə və qəbul edir. Baxmayaraq ki, əsrin ən böyük vəhşiliyinə Azərbaycan məruz qalıb. Bir işğalçını pisləyən Avropanın parlamenti o biri işğalçının - faşist Ermənistanının maraqlarının əsas himayədarı rolunda çıxış edir...

Və Azərbaycan əleyhinə qətnamənin müəlliflərindən biri ilə şəkil çəkdirən bu yaramaz həm də o şəxsdir ki, şəhidlərimizi narkoman adlandırırdı...

Tarix
2022.03.14 / 09:00
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Çingiz Abdullayevi onlar zəhərləyib...

AŞPA bizdən bunu tələb edirdi!

Çingiz osmanqızı səviyyəsində idi: böhtançı, qərəzli…

O nə Dəsmal idi, İlahi?

İrandan Bakıya oxunan Minbərgecə nağılları

Bu gəlinbacını Bakıya göndərənlər nə düşünür?

Erməni xüsusi xidməti Bakıda qızı necə ələ keçirdi? – Şok

"Həmkarlar", təcili dırnaqdan çıxın!

Şahbazı o cür danışdırıb, düşmənə fürsət verənlər...

Ukraynanı bu hala salanlar, görün, nələr edəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla