Yuxarı

Deputatlarla kələm dolması yeyirik

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

O ki səhrada adamın təpəsinə gün vurur, gün vurduqca ilğım görünür, elə hey yaşıl bir vahəyə tərəf təngnəfəs gedirsən, amma heç vaxt çata bilmirsən və yaxud da ki, elə bil dəhşətli bir yuxunun içindəsən, dalınca atlı gəlir, tunelin ucunda bir işıq var, əlini uzatsan işığa çıxacaqsan, ancaq nə yuxudan oyana bilirsən, nə arxandakı atlı gəlib başını kəsir, nə də ki işığa çıxa bilirsən ha, bax, bizim orta aylıq maaşla deputatlarımızın maaşının arasındakı uçurum da eləcə dərinləşir, onlar bizdən tunelin ucundakı işıq kimi uzaqlaşırlar, elə bilirik əlimiz çatacaq...

İndi bizim işimiz qalıb Allaha (ya da bəndəyə). Sıravi bir azərbaycanlının orta aylıq əmək haqqı “manat-manat” artanda vəzifəli şəxslərimizin maaşı “avro-avro” artır. Özünüz də bilirsiniz də, avro bizim puldan hardasa 2 dəfə çoxdur. Heç kimin toxunmaq istəmədiyi, ya da toxuna bilmədiyi məqam ondan ibarətdir ki, ortada bir artım var, amma faizlə. Bilənlər bilir, bilməyənlərçün də deyim ki, Azərbaycandakı minimum əmək haqqı 300 manat, orta aylıq əmək haqqı isə 765 manatdır. İnşallah ki, bu orta aylıq əmək haqqının hesablanmasının məntiqi aşağıdakı düsturla deyil:

(Sıravi vətəndaş x kələm + məmur x kotlet): manat = kələm dolması.

Qayıdaq faizə...

Bu faiz ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki vacib. Minimum əmək haqqını 20 faiz, deputatın maaşını 48 faiz qaldıranda aradakı uçurumun bir az da dərinləşəcəyini düşünmək üçün yəqin ki, elə də güclü riyazi biliyə ehtiyac yoxdur. Əvvəllər deputatların aldığı əmək haqqı ilə minimum əmək haqqı arasındakı fərq 1473 manat idi (1743-300). Deyək ki, minimum əmək haqqını deputatların maaşındakı artım kimi lap 48 faiz də artırsaq (əgər artırsaq), əlimizə keçəcək pul 444 manat olacaq. O zaman da arada yaranan fərq 2041 manat olur (2485-444). Hələ mən deputatların maaşına əlavə edilən və vergi tutulmayan 4970 manat vəsaiti və 1243 manatı, xidməti avtomobilləri, diplomatik pasportları, müxtəlif mükafatları, saysız-hesabsız imtiyazları hesablamıram, sağlıqlarına qismət, xeyir işlərə xərcləsinlər (imkan olanda da xalqa).

Bunu da deyim, ürəyimdə qalmasın, haradasa qulluqçunun ağadan daha yaxşı yaşadığını eşitmisiniz?

Dövlət qulluqçusunun xalqdan daha yaxşı və imtiyazlı yaşaması vəzifənin adı ilə tərs-mütənasiblik təşkil edir. İndi kimsə qayıdıb deyəcək ki, vəzifənin adı “dövlət qulluqçusu”dur, “xalq qulluqçusu” deyil. Amma hakimiyyətin və dövlətin mənbəyinin xalqa əsaslandığı bir yerdə ağa xalqdır, qulluqçu isə xalqın seçdiyi insanlar. Millət vəkili xalqın rifahını, yaşayış səviyyəsini qaldırmaqla məşğul olmalıdır, ilaşırı maaşlarını qaldırmağı müzakirə edib, elə birinci oxunuşdan da onu qəbul etməklə yox.

Bu yerdə Uruqvayın prezidenti Xose Muxikanı yada salmamaq günah olar. Dövlət tərəfindən təyin edilən 12500 dollardan imtina edib özünə 1250 dolların da bəs edəcəyini düşünən və bu fikirdə onu dəstəkləyən bir xanıma sahib bir insanla özümüzküləri bir tərəziyə qoymuram. Mən demirəm ki, bizim məmurlar və vəzifəli şəxslər bu “dünyanın ən kasıb prezidenti” ünvanını almış möhtərəm insan kimi təvazökar həyat tərzi sürsünlər. Ən azından, onun həyatından, bir nəticə çıxarıb “xərclərini” azalda, sıravi insanların yaşadığı həyata yaxın bir həyat yaşamağa başlaya bilərlər...

Tarix
2022.06.25 / 13:43
Müəllif
Tural Əzimzadə
Şərhlər
Digər xəbərlər

FTB rus kəşfiyyatçıları ilə əməkdaşlıq edə bilər – Rey

Himn çalınanda saqqız çeynəyən millimiz...

Fransa azərbaycanlıların 6 ölkəyə getməsinə imkan vermir

Bakıda dəhşətli zəlzələ “proqnozu” – Ekspertdən çağırış

İsrail niyə PUA-larla hücum etdi? – ABŞ-dan baxış

“Qurdlar vadisi”nin məşhur aktyoru öldü

Paşinyan Əliyevlə görüşdən niyə qaçır? – Amerikalı ekspert

Rusiya Ermənistandan vura bilər... - Karasik

İran Ermənistana niyə raketlər bağışlayır? – Patrik Uolş

Hind əsilli Şunak Londonun Bakı siyasətini dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla