Yuxarı

Himn çalınanda saqqız çeynəyən millimiz...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Himn çalınanda saqqız çeynəyən millimiz...

18 il ərzində güclü irəliləyiş əldə eləmişik. O vaxt Polşaya 8-0 uduzmuşduqsa, indi artıq İsveçə cəmi cümlətanı 5-0 hesabı ilə uduzuruq. Arada 3 top fərq var, bu boyda inkişafı görməmək özü ayıbdır. Həm də 5-0-a görə bizə kim nə deyə bilər? Heç kim.

Özüm də futbol həvəskarı olduğumdan, bizim millinin futbolçularının necə oynadıqlarını, aralarında həqiqətən istedadlı insanların da olduğunu bilirəm. Kor-kor, gör-gör. Amma Allah evimizi tiksin, dərdimiz meydanda olanlarla bitmir ki! Məsələ meydandan kənarda baş verənlərlə də bağlıdır.

Adi mini futbol oyununda uduzandan sonra biz bir müddət emosional, kefsiz oluruq. Boğazımızdan su keçmir, məğlubiyət bütün enerjimizi alır, danışmaq belə istəmirik. 10 milyonluq xalqı təmsil etdiyin oyunda 5:0 uduzandan sonra insan başını qaldırmağa utanar, özünə qapanar və azarkeşlərə qarşı məsuliyətli olduğunu hansısa formada ifadə edər. Vallah, biz futbolçularımızdan İsveçi udmalarını istəmirik, sona qədər oynayan, can qoyan insanlar istəyirik. Bilirik ki, İsveçin bir transferinin dəyəri bizim millimizin ümumi futbolçularının dəyərindən çox olan oyunçuları var.

Biz də bilirik ki, onların maaşı ilə bizimkilərin maaşı arasında dağlar qədər fərq var. Amma bu o demək deyil ki, siz onlardan daha az qaçacaq, onlardan daha az cəhd edəcək və həvəssiz oynayacaqsınız. Bu sizin sevdiyiniz işdir. Sevdiyi işi görüb bundan on minlərlə pul qazanan neçə insan var ölkəmizdə?

Biz bayrağımızı tribunalarda görəndə gözləri dolan, vətənpərvər ruhda böyümüş futbolçular görmək istəyirik.

Biz canınızda bir az təpər, ürəyinizdə azca, lap azca bayraq, himn sevgisi görmək istəyirik.

Himni bilməyənlərin saqqız çeynədiyi bir komanda yox.

Tarix
2023.03.28 / 15:32
Müəllif
Tural Əzimzadə
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla