Yuxarı

Çöhrəqanlı güneyli qızların başını qırxdırırdı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

1998-ci ildən Azərbaycan diasporu mövzusunda tədqiqatlara başlayanda diasporumuzun üç qanadı (Quzey, Güney və Türkiyə) barədə məlumatlar toplamağa başladım. Ölkədə bu mövzuda ilk nəzəri kitabı da mən çap etmişəm.

Bu kitabı işləyən zaman dünya azərbaycanlıları ilə birbaşa əlaqəyə çıxırdım və istər-istəməz, Güney məsələsinə də qoşulmalı oldum. Kimləri görmədim, kimlərin saxta üzlərini üzə çıxarmadım bu illər ərzində... Xüsusilə özünü Güney Azərbaycan uğrunda mübariz insan və Güneyin lideri sayan Mahmudəli Çöhrəqanlının əsl siması ilə tanış oldum. Adam İranda universitetdə ideoloji işə təhkim imiş. Hər-halda İran milli düşüncəli kimisə universitetdə ideoloji işə təhkim etməyəcəkdi.

Çöhrəqanlı cəza kimi milli düşüncəli tələbə qızların saçını qırxırmış. Bilirsiz bu nə deməkdir? Onun kimliyini ortaya qoyan əsl faktdır!

Təsəvvür edin, Mahmudəli Çöhrəqanlı milli davada şəxsi vəsaitindən bir qara qəpik də xərcləməyib. Ancaq pul yığıb. Uzun zaman ABŞ-da oturub, Heydər Əliyevi, onun ailə üzvlərini ən ağır ifadələrlə təhqir edən M.Çöhrəqanlı pafoslu çıxışlardan başqa Cənubi Azərbaycan üçün nə edib?!

Adamın ailəsi, övladları var və Bakıda tanınan bir müğənni xanıma elçi düşür. Onun üçün ABŞ-dan bahalı hədiyyələr göndərir, pullar xərcləyir. Amma kimsə soruşmur ki, sən bu pulları hardan almısan? Bahalı brilyant üzükləri hansı pulıa əldə etmisən?

Türkiyədə “Ergenekon” adıyla tanınan qalmaqallı istintaq işində ittihamnamədə bir şahid öz ifadəsində göstərib ki, “Ergenekon”un liderlərindən biri sayılan keçmiş jandarm generalı Vəli Kiçik İran azərbaycanlılarının fəalı Mahmudəli Çöhrəqanlıyla da görüşüb. Şahidin iddiasına görə, Mahmudəli Çöhrəqanlı Azərbaycanla bağlı bəzi əməliyyatlarda iştirak edib. Fikirləri var imiş ki, Türkiyədə FETÖ qalib gələndən sonra Azərbaycanda da çevriliş etsinlər. Görün, bu adam hansı işlərdə iştirak edib.

İlk dəfədir bunu yazıram: Bakıda, İstiqlaliyyət küçəsində yerləşən bir ofisdə Güney Azərbaycan Respublikasının Ana Yasasını yazmışıq. Üç nəfər olmuşuq. Bütün Güney Azərbaycan tarixindən bu günə qədər olan dövrü təhlil edib, milli dəyərlərə uyğun yazılan Ana Yasa Çöhrəqanlıya göndərilir. Sonra hazırladığımız sənəd də, eyni zamanda, “təsadüfən” ofisdən biligisayarım və disklərim, yaddaş kartlarım da yoxa çıxır. Məni də ordan uzaqlaşdırırlar. Həm də Bakıda özünə böyük var-dövlət qazanan “güneyli yazıçı”nın əli ilə.

Haqqımda şikayət edən bu “yazıçı” mənim yazdığım Güney Azərbaycan yazıçılarının əsərləri barədə sayt layihəmi də götürüb öz adına çıxdı. Milyonlar qazandı. Ona çörək verən adamın evini də əlindən aldı.

Ana Yasa hardadır indi, Mahmudəli bəy? İndi danacaqsız, tər tökə-tökə yalan deyəcəksiniz. Amma həqiqəti bilən Allah bir gün bunu da üzə çıxaracaq.

İndi bu adam yenidən ortaya çıxır: Güney Azərbaycanda Azərbaycan Prezidenti İlham Əliyevə “bizim prezidentimiz” deyilən zaman. Hələ bu az imiş kimi ona maddi yardım edən, daima ona söz demək üçün meydan açan Əhməd Obalıya qarşı olan terroru inkar edir. Fikir verin “Əhməd Obalının restoranı da var və bəzən müştəriləri problemlər yaradırlar” deyir.

Başqa sözlə, Çöhrəqanlı Əhməd Obalıya hücumu məişət səviyyəsində qiymətləndirməyə çalışan yeganə güneyli milli fəal kimi çıxış edir. Bilirsiz bu nə deməkdir? İranın ETTALAAT-nın ilk olaraq ortaya atdığı sözlər.

Mahmudəli Çöhrəqanlı, yazdığınız tvitə baxın: “Şəxsən GAMOH partiyasının lideri olaraq bəyan edirəm ki, ideologiyamız respublikaçılıqdan monarxiyaçılığa dəyişdi. Buna görə də respublikaçı olmam barədə əvvəlki hesabımı ləğv edin və monarxistə salam verin”.

Şah ha, Güney Azərbaycanda milyonlar zülm çəkən zaman siz görün nə arzularla yaşayırsız!

Millət vəkili Sabir Rüstəmxanlının bir müsahibəsindən kiçik hissə və link verəcəm. Görün Çöhrəqanlının əsl üzünü:

“Oteldən çıxmazdan yarım saat əvvəl Çöhrəqanlı gəldi, hara getdiyimizi biləndə dedi ki, məni də aparın. Böyük məmnuniyyətlə onun da bizimlə getməsini istədik. Zəng vurub maraqlandıq, protokolda görüşdə Firudin bəylə (Pərvizniya – red.) mənim nəzərdə tutulduğumu dedilər. Çöhrəqanlının çığır-bagırı (sözün əsl mənasında) başladı. “Mən getmirəmsə, siz də getməyin!” Hətta bizi Ermənistan səfirliyinə gedəcəyi ilə hədələdi”.

Mahmudəli bəy, siz pafoslu sözlərinizlə ictimai fikri aldada bilərsiniz. Amma prosesin içində olan əsl fəalları yox. Bu sizə xəbərdarlıq yazımdır. Haqqınızda bildiklərimi, şirkətinizi, kimlərlə birliyinizin adbaad yazmıram. Amerikada 5 il ərzində formalaşan lakin sonradan İrana xidmət edən agentlərin üzündən dağılmış Güney fəalları qrupunda işinizi və sairəni bilirəm. Çox şeyi bilirəm. Ona görə ağlınızı başınıza yığın. Güney məsələsindən kənara çəkilin. İzn verin, işimizi görək və orda əsarətdə olanları xilas edək.

Tarix
2023.05.23 / 14:11
Müəllif
Zaur Əliyev
Şərhlər
Digər xəbərlər

Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?

Bakıda sirli yer: Razinin xəzinəsi burda gizlədilib – Foto

Babəkin edam zamanı Xəlifə ilə dialoqu

Erməni alayının Ukraynada dəhşətli qətliamları – Foto

Nikolun Misirə hədiyyəsi bizdən nə vaxt oğurlanıb?

Andronikin qulağını kim kəsib? - Foto

Ağdamda Enian şəhəri rusları qorxutdu, qadağan etdilər…

Rus ordusu ilə ermənilər arasında “döyüş”...

Tehran-43 yalanı: Stalini “ölümdən qurtaran” erməni…

Naxçıvana görə qisas: Şahtaxtinski öz başına 4 güllə “sıxdı”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla