Yuxarı

İlahi, varsansa, çox şükür, yoxsansa, eybi yox

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda din və dinsizlik mövzusunda yaranan ən mənasız müzakirə ateistlər haqqındadır, daha dəqiq, “Ateistin Allahı vicdanıdır”, “Ateistlər dindarlardan vicdanlıdır” kimi romantik, pafoslu dramaturgiyadır.

Guya ki, ateistlər etdiyi yaxşılığı vicdan yolunda edirmiş, məsələn, bir dindarın Allah yolunda yaxşılıq etməsi isə təmənnalı imiş.

Bu fikir özü vicdansızlıq əlaməti deyilmi?! Təbiətdə, insan fitrətində təmannasız, qarşılıqsız nəsə yoxdur və bu da normaldır. Ola bilməz ki, məsələn, bir nəfər daim yaxşılıq etsin, əməli-saleh olsun, fəqət, desin, mən bunu evrənə müsbət enerji ötürmək üçün etdim, Allaha heç bir aidiyyəti yoxdur.

Əvvəla, vicdana inam elə həm də Allaha inamdır. Vicdan anlayışı birmənalı şəkildə dinə, inama bağlı anlayışdır ki, bunu bilmək üçün Allaha inanmamaq da olar.

Şübhəsiz, həyatını Allahın varlığını sübut etməyə çalışmaqla yoxluğunu sübut etməyə çalışma arasında heç bir fərq yoxdur. Fəqət, sonu yalnız həyatın sonunda olan müzakirələri etmək üçün ya dəli olmalısan, ya da bekar.
Yəni, “İlahi, varsansa, çox şükür, yoxsansa, eybi yox” misalı.

Və ən nəhayət, müasir dövrün əzab artıran bir meyarı da inancsız olmaqdır. Dəyişən inkişaf modelləri, texnoloji bu kimi məsələlər bəzən görüntü olaraq “Allahsızlıq yayılıb, hamı ateist olacaq” kimi fikirlərə, mənzərələrə gətirib çıxartsa da, qətiyyən belə deyildir. Müasirlik artıqca, dünya dəyişdikcə geriyə - özünə qayıdış daha çox baş verir və qaçılmaz olur.

Və heç şübhəsiz, insan qarışqa da yaratsa, 6 günə dünya qurub, dənizi də yarsa, bir tonuxuşla kamil insan ərsəyə gətirsə - Allaha inam kimi genetik anlayış yox olası deyil.

Əsrlərdir müzakirəsi, mübahisəsi gedən, mayası qanla yoğrulan bir dini yox etməyə çalışmaq, olmasını istəməmək, Azərbaycan coğrafiyasında dinsizlik arzulamaq doğrudan da şüursuzluqdur.

Azərbaycanlıların onsuz da bir ümidi var, bir də Allahı.

Üstəlik, dinsiz olmaq, səmimi şəkildə, oxuyaraq, hansısa həqiqətlərə çataraq inkarçı mövqedə dayanmağın özü də normaldır, amma termin, düşüncə forması olaraq “Azərbaycanda ateizm” başqa məsələdir, pafosdur, romantikadır, natamamlıq kompleksinin olduğunu göstərməkdir.

Yəni Allaha inanmamaq da olar, dinsiz olmaq da.

Problem ateist olmaqdadır; problem əsaslı nəzəriyyəsi olmayan, nihilizm aşılayan bir düşüncədədir.

Tarix
2024.06.05 / 08:30
Müəllif
Orxan Saffari
Digər xəbərlər

Cırtdanı ölkədən aparan səbəb...

Türkiyəli məşhur rejissor vəfat etdi

Dünya şöhrətli Mark Eliyahu Bakıda konsert verəcək

Məşhur aktyor Nazim Hikmətin şeirini paylaşıb öldü

İnternetdə çox vaxt keçirənlərdə bu fobiya yarana bilər

Elman Tovuz dünyasını dəyişdi - Foto

Putin Soljenitsının həyat yoldaşına medal verdi

29 iyulun 7 maraqlı hadisəsi: Klintona cəza, Diana-Çarlz evliliyi...

Mir Şahindən kimlər və niyə qorxur…

Əfşar Timuçin dünyasını dəyişdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla