Yuxarı

Nur içində yat, qardaşım

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nur içində yat, qardaşım

Bir az əvvəl son döyüşlər zamanı şəhid olmuş şəhid qardaşımız polkovnik-leytenant Raqif Orucovun Sumqayıtda ailəsini zyarət edib, şəhidimizə Allahdan rəhmət, əzizlərinə səbir dilədik. Şəhidlər arasında onun adını eşidən zaman qəribə hisslər keçirmişdim. Onu yaxından tanıyırdım. Ön cəbhə bölgələrinə səfərlərimiz zamanı tanış olmuşdum. Əsl hərbçi idi. Vətənini dəlicəsinə sevən bir insan. 20 yaşında olanda evini itirmişdi Raqif bəy. Ağdamın Cinli kəndindəndir.

Çox gənc yaşlarında kəndləri, evləri işğal olunub və anasını da həmin zaman itirib. 42 yaşlı anası işğalçı Ermənistanın doğulduğu kəndi işğal etməsi zamanı şəhid olub. Çullu kəndində dəfn ediblər. Amma qəbirdaşı belə qoya bilməyiblər. İşğalçı Ermənistan Çullunu da işğal edib mərhumun 7-nə qədər. 40-nı Ağdamın mərkəzində veriblər və bütün həyatını torpaqlarımız işğaldan azad olunana qədər hərbidə keçirəcəyinə, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə aparacağına and içib Raqif qardaşımız.

Hərbi həyatının böyük hissəsi ön cəbhədə keçib. Ağdamdan isə ayrıla bilmirmiş. "Əfətli yaxınlığında yüksəklikdən kəndimizə, anamın məzarına baxıram", - deyərdi. Torpaqlarımızı işğaldan azad etmək arzu və istəyi ilə yaşayardı. Dəyərli xanımı Sevinc xanım fotoları göstərir. Amma ailəsi ilə birlikdə istirahətdə olan bir foto da yoxdur.

"Hər zaman deyərdi, nə istirahət, ay xanım, indi istirahət vaxtıdı? İndi ön cəbhədə işləmək vaxtıdı", - deyə kövrək səslə danışır Sevinc xanım.

Ailəyə son sözü də oğluna yaxşı oxumaq, imtahanları qazanmaq məsləhəti olub.

Sevinc xanım danışdıqca Raqif bəyin gülər üzünü, işğal olunmuş torpaqlardan danışanda gözlərindəki kədər və intiqam hissini xatırlayırdım. Onun haqqında geniş bir yazı yazacam. Onun gördüyü önəmli işlər, xidmətləri heç zaman unudulmayacaq. Dəyərli xanımı Sevinc xanıma, iki gözəl və ağıllı oğluna Allah hər zaman yardımçı olsun. Əziz şəhidimiz Raqif qardaşımız heç zaman unudulmayacaq. Ailəsinin tək istəyi odur ki, qanı yerdə qalmasın və onun doğulub, böyüdüyü torpaqlarımız işğaldan azad edilsin və onun adı orada da əbədiləşdirilsin.

Müdafiə Nazirliyimiz yaxşı olardı ki, şəhid oğullarımızın adına azad etdiyimiz yüksəkliklərdə bir xatirə lövhəsi, abidəsi qoysun. Bu çox gözəl bir addım olardı.

Nur içində yat, Raqif qardaşımız və bütün digər şəhid qardaşlarımız!

Tarix
2016.04.07 / 00:59
Müəllif
Qənirə Paşayeva
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla