Yuxarı

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Artıq 4-cü onillikdir ki, iyulun 27-də Ermənistan ictimaiyyəti “Lissabon 5” adlı anım mərasimi keçirir. Bu mərasimi Amerika Birləşmiş Ştatları, Fransa, Livanda yaşayan ermənilər də qeyd edir. Mərasimlərdə adətən erməni ruhaniləri (ruhani demək olarsa) “öz ləyaqətli ölümləri ilə erməni icmasını sarsıtmış azadlıq uğrunda canlarından keçən qəhrəmanlar”ın “şərəf”inə rekviemlər söyləyir.

Bəs nədir bu “Lissabon 5” olayı?

Bundan düz 40 il öncə - 1983-cü il iyulun 27-də 5 erməni (Sərkis Abrahamyan, Setrak Acemyan, Vaçe Dağlıyan, Ara Kurcuhliyan və Simon Yahneyan) Lissabondakı Türkiyə səfirliyinə girərək, müvəqqəti işlər vəkilinin həyat yoldaşı Cahidə xanım Mıxıçoğlunu və 17 yaşlı oğlu Atasayı girov götürmüşdür. Portuqaliyanın Baş naziri Mario Soaresin birbaşa rəhbərlik etdiyi əməliyyatda olay yerinə göndərilən 200-ə yaxın polis səfirliyin binasını mühasirəyə almışdır. Erməni terrorçuları diplomatın xanımını və bir Portuqaliya polisini qətlə yetirərək, özləri ilə bərabər binanı partlatmışdır. Hadisəyə ABŞ Prezidenti Ronald Reyqan da münasibət bildirmişdir. Terrorçuların xanımı qətlə yetirməsi ona çox pis təsir etmişdir.

ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü Oliver North terrorçuların neytrallaşmasına yönəlmiş Milli Təhlükəsizlik Qərarları Direktivi (MTQD) hazırlamışdır. 138 saylı həmin MTQD ABŞ-ın “özünü terrorçulardan qoruma hüququ”nu ifadə edir.

O qanlı hadisədən keçən onilliklərdə baş verən çoxsaylı qanlı olaylar təkrar-təkrar sübut etdi ki, ermənilərin ən yaxşı bacardığı iş terrordur. Onlar terror edir, soyqırım aktı törədir, neofaşistlik, işğalçılıq, separatçılıq edir və sonra da terrorçuları, separatçıları qəhrəmanlaşdırırlar. İrəvanın, Ermənistanın digər şəhərlərinin küçə və meydanları terrorçuların heykəlləri, büstləri və adı ilə “süslənib”.

Biz dəqiq bilirik ki, Ermənistanın, dünya erməniliyinin anladığı tək üsul var: başları üstə Dəmir Yumruq olmalıdır! Vəssalam.

Tarix
2023.07.27 / 21:16
Müəllif
Qənirə Paşayeva
Digər xəbərlər

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla