Yuxarı

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avronyus” (Euronews) Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada bu televiziya kanalına verdiyi müsahibəni yayımlayıb. “Avronyus”un nüfuzu, tamaşaçı, dinləyici və oxucu auditoriyası hər kəsə bəllidir. Sözügedən müsahibədə verilən suallar da, o suallara verilən sərrast cavablar da əhatəli, təsirli olub, konkret mövzular üzrə geniş mənzərə yaratmaq gücündədir.

Ona görə də heç təsadüfi deyil ki, Azərbaycan Prezidentinin müsahibəsi təhlil olunmaqda və tirajlanmaqdadır.

Bir çox güncəl məsələlərlə yanaşı, yaxın keçmişə və gələcəyə yönəlik suallara Prezidentin cavabları dünya nizamı, beynəlxalq hüquq, regional əməkdaşlıq, davamlı sülh və s. baxımından özəlliklə diqqətçəkicidir. İlham Əliyev Müzəffər Ali Baş Komandandır və müsahibə Zəfərin rəmzi olan əziz Şuşada verilib; bununla belə, qalib ölkənin Prezidenti məhz sülh, quruculuq, birgəyaşayış vurğusu ilə əsl qaliblərin yüksək ləyaqətini bir daha nümayiş etdirmiş oldu. Biz saxta “qalib”lərin uzun işğal illəri boyunca sərgilədiyi bədnam ədanı çox görmüşdük. Zatən işğalçı ləyaqətli ola bilməz. Qurtarıcı, qurucu, öz ərazi bütövlüyünü, suveren hüquqlarını bərpa etmiş liderin qüruru ədalətlə bir arada təcalla edir.

Azərbaycan Prezidentinin müsahibəsi işğalçı Ermənistanın Şəri, bizim Zəfər qazanmış ölkəmizin Xeyri, ədaləti təcəssüm etdirdiyini faktoloji olaraq nümayiş etdirir. Özünüz təsəvvür edin: 30 illik işğalın acı nəticələri, soyqırım aktları üzərindən sülh quruculuğu təklifi ilə çıxış etmək özü ərdəmliliyi, gələcəyə baxışı ifadə edir. Beynəlxalq aləm bu qüdsiyyətin, ləyaqətin və ərdəmin fərqində olmalıdlr. Dünya erməniliyinin, erməniyanlıların ədalətsiz çağırışları, revanşizm, ikilistandartlar, işğalçı ilə işğala məruz qalanı eyni tutmaq ədalətə, multikulturalizmə, birgəyaşayışa, dünya nizamına əsla xidmət edə bilməz!

“Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur, buna baxmayaraq biz qisası döyüş meydanında aldıq”.

Prezident önəmli görüşlərə, sülh üçün vasitəçilər mövzusuna da toxunub:

“Brüssel görüşləri Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Həmin görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir”.

Əlbəttə, sülhün prinsipial şərtləri var. Biz məhz ədalətli, qalıcı sülhdən danışırıq, “ötəri sülh”dən danışmırıq və belə variantları qətiyyən qəbul etmirik. Ədalətsiz “sülh”ə işğal illərində razı olmayan dövlət, Zəfərdən sonra, əlbəttə, ədaləti diktə edən tərəfdir və Ozan Arif demiş, “başqa yolu yox artıq”!

“Əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik”.

Son dönəmdə Qarabağın erməni əhalisinin aid olduqları ölkəyə - ədalətli Azərbaycan Respublikasına inteqrasiyası mövzusu da güncəldir. Müsahibədə bu güncəl mövzu da diqqətdən qıraqda qalmayıb. Prezident jurnalistin sualına cavabında dövlətimizin, xalqımızın ədalətli və ləyaqətli mövqeyini bir daha parlaq şəkildə şərh edib:

“Faktiki olaraq erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər. Bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur”.

Bəli, biz Qarabağın erməni əhalisinə normal, ləyaqətli yaşam təklif edirik. Biz onları təhlükəsizlik təminatı, təhsil, mədəniyyət, din, bələdiyyə və s., bir sözlə hüquqlarının təmin edilməsi yolu ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal yaşama dəvət edirik. Bu dəvəti qəbul etməmək nə anlama gələr? - bunu ermənilər özləri düşünməlidir.

Dövlətimiz var olsun!

Tarix
2023.08.02 / 22:46
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

Əri qorxub Əlincəyə sığındı, özü döyüşə girdi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla