Ana səhifə Yazarlar |
Yanmış otelin vəziyyətinə baxaq: Yanğının olduğu otel 2.500 metr yüksəkliyində, ən yaxın yanğınsöndürənə 40 km məsafədə və çox döngəli, təhlükəli bir yol üzərindədir. Yanğının başladığı gün məktəblər tətilə çıxıb, şənbə-bazar günləri; beləliklə, otelin doluluq nisbətinin 80-85%-ə çatdığı bazar ertəsi günü yanğının başlaması çox mənalıdır.
Yanğın zamanı: insanlar istirahət bölgəsində daha çox zaman keçirmək istədiklərindən gec saatlarda - 01-02 civarında yatırlar. Yanğının başladığı saata baxın: 03:30 radələri! Yanğının başlama saatı da mənalıdır!
Gəlin, yanğının başladığı oteldəki yerə baxaq: dəqiq məlumat yoxdur, amma “3-cü mərtəbə” ifadələri var. Deyək ki, 3-cü mərtəbə. Bir insanın 3-cü mərtəbədən və ya daha yuxarıdan atlaması çox çətindir - atlasa da, sağ qalması. Atlaması görüntüsünü izləyənlərin içində illərlə davam edəcək depressiv təsiri düşünün.
Yenidən 3-cü mərtəbəyə dönək: burada başlayan yanğın böyümədən dərhal insanlar xəbərdar edilərək təhlükəsiz şəkildə çıxarıla bilərdi.
“Bir anda yanğın böyüdü” məlumatına qarşı: Mənim ağlıma belə bir şey gəlir, yanğın bir yerdə başlayırsa, ən primitiv üsullarla belə müdaxilə edilə, müdaxilə zamanı da qonaqlar çıxarıla bilərdi. Yanğının başlaması, davam etməsi və yayılması bir zaman kəsiyi; oteli bir anda bürüyəcək şəkildə yanğın bir neçə yerdən başlamış olmalı. Bu düşüncədən də eyni oteldə, eyni saat və dəqiqədə birdən çox yanğın çıxması da mənalı bir fikir doğurur.
“Külək yanğını böyütdü!” Amma dağın ən zirvəsində külək daima var. Niyə yuxarıda yazdığım tətil günü, saat və aşağıya atıla bilməyəcək yüksəklikdəki yerdə? Həm də külək ən çox dışarıya təsir etməzmi; yanğın küləkdən dolayı içəriyə təsir etməyə başlamadan insanlar çıxa bilməzdimi? Bu da yanğının eyni anda bir neçə yerdə başladığına olan inamı gücləndirir.
Oteldə 230-dan çox insan var imiş. 230 candan 79 canımızı itirdik, 30-dan çox yaralımız var; daim əsən külək necə bu qədər təsirli olmuşdur, bu da mənalıdır.
“Otel taxta, buna görə yanğın tez yayıldı!”
Otel 1998-ci ildə açılıb və 27 ildir taxtadır deyə, arif olanlar anlar, bu mövzuda çox danışmayım.
İnanmıram, amma bunları üst-üstə qoyduğumuzda sabotaj nəticəsi çıxar.
Bəs, sabotaj varsa, niyə edildi?
Bizim ürəyiyumşaq ağrılarımızın damarlarını bilənlər bu və bu cür hadisələrdən nə qədər təsirlənəcəyimizi, depressiyaya girəcəyimizi, bizi psixoloji olaraq sıxacaqlarını, mediada, mediadan da kənarda, hətta qəhvə künclərində belə günlərlə bu mövzunu ağrı içində danışıb depressiyanı hər yerə yayıb, bulaşdıracağımızı bilirdilər.
Bu, xalqımıza;
Hər bir imperiyanın ayrı hesabı olan Suriyada Türkiyənin uğurlarından dolayı, “ayağını yerə qoy, sərhədi aşma” deyərək;
Bu da Türkiyəyə mesaj idi!
Yazdıqlarım mənim fikirlərim və hisslərimdir. Yazdıqlarımın doğruluğunu qəbul etsək:
Mesajı aldıq da; Biz xalq olaraq diz çəkək deyə, nə qədər ağrı çəkmək məcburiyyətində qaldıq, bunu da başımızı belə əymədən, daha çox bir-birimizə sıx bağlanaraq, güclü Türkiyə, güclü biz üçün yenə də çəkərik və dik durarıq.
Tarix
2025.01.22 / 21:24
|
Müəllif
Həsən Barın
|