Yuxarı

Oğan kimi seçəcək və prezident kim olacaq? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Bildiyiniz və mənim də öncədən təxmin etdiyim kimi, Türkiyədəki cümhurbaşqanlığı seçimləri ikinci turda (28 may tarixində) bəlli olacaq.

Türkiyədəki idarəetmə sisteminin işləməsi üçün cümhurbaşqanının partiyası həm də TBMM-də millət vəkili çoxluğuna malik olmalıdır. Əgər prezident seçkisində qalib gələn partiya TBMM-də millət vəkili üstünlüyünü əldə etməsə, xaos olar. Seçicilər də bunu bilir və diqqətə alır.

Cümhur İttifaqının hazırda millət vəkili sayı baxımından Millət İttifaqına qarşı əzici bir üstünlüyü var (14 may seçkilərində Cümhur İttifaqı 321, Millət İttifaqı 213 millət vəkili yeri qazanıb – red.). Türkiyədəki insanlar xaos yaşanmaması üçün bunu diqqatə alır, tərcihləri də Cümhur İttifaqından yanadır.

Bu belə sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın ikinci turdakı cümhurbaşqanlığı seçimi qazanması üçün, başqa səbəb aramadan, yetərlidir.

Amma birinci turda prezidentliyə namizəd olan sayın Sinan Oğana verilən səslər ikinci turda təsirli olacaq. Hələ seçim startı verilməsə də, artıq indidən Sinan Oğanın kimi dəstəkləyəcəyi dartışılmağa, mediada bu yöndə xəbərlər yayılmağa başlayıb.

Bu, bir çox mövzunun üzərindən keçərək, görməzlikdən gələrək aparılan müzakirədir.

Birincisi, Sinan Oğana gələn səslərin əsası milliyyətçi səslərdir. Milliyyətçi kəsimin isə seçimi sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğandan yanadır.

Sinan Oğan bunu bildiyindən seçimini Cümhurbaşqanı Ərdoğandan yana edəcək.

Tutaq ki, tam əksi oldu; Sinan Oğan Kılıçdaroğlu ilə anlaşıb, seçimini Millət İttifaqının namizədindən yana etdi. Bu halda ona səs verən milliyyətçi kəsim sayın Oğanı dinləməz və Oğan bu durumda öz seçiciləri qarşısında sözü eşidilməz duruma düşər ki, sayın Oğan siyasi gələcəyi naminə bu riski göz altına almaz.

Deyək ki, sayın Oğan tərəfsiz qaldı… Bu durumda da sayın Oğana səs verən milliyyətçi kəsimin seçimi yenə Cümhurbaşkanı sayın Ərdoğan olacaq.

Hardan baxırsınız baxın, 14 may seçkilərinin yeni olmasına baxmayaraq, indidən deyə bilərəm: Sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan üçüncü dəfə prezident seçiləcək!

Xeyirli olsun!

Tarix
2023.05.16 / 12:31
Müəllif
Həsən Barın
Digər xəbərlər

Azərbaycan, İran və Rusiya nazirləri bir araya gəlir

Azərbaycan BMT-nin üzvlük haqqını tam ödədi

Araz çayı üzərindəki körpü nə vaxt hazır olacaq?

Türkiyə Azərbaycandan bu məhsulların alışını kəskin azaltdı

Paşinyan Bakıda keçirilən məhkəmə prosesindən danışdı

Niyə delimitasiya prosesi şimaldan başladı? - Mirzoyan

Qafarova Lorenzo Fontana ilə görüşdü

Xəstəlik tüğyan edir: Azərbaycanda qapanmaya gedilir?

İranla Azərbaycan arasında protokol imzalandı

Topalyanın Bakıda “novarçı fabriki” - Faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla