Yuxarı

Qənirə Paşayeva ANS-i qeyri-peşəkarlıqda suçladı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qənirə Paşayeva ANS-i qeyri-peşəkarlıqda suçladı - Video

"ANS televiziyasının yoxlanılmadan, dəqiq mənbəyi olmadan bu məsələ ilə bağlı süjetdə mənim adımı hallandırmasına çox təəssüf edirəm. Bu cür absurd fikirləri cəmiyyətə təqdim edilməsinə həm də üzülürəm".

Bu sözləri millət vəkili Qənirə Paşayeva nurçu təriqətinə bağlı olan millət vəkilləri haqda ANS-də gedən süjetdə adının hallanmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, heç bir təriqətin üzvü deyil və bu barədə də söhbət gedə bilməz: "Məni tanıyanlar çox yaxşı bilir ki, belə iftiralar mənə yapışmaz. Bakıya qayıtdıqdan sonra bu məlumatın ilkin mənbəyi və bizim rəyimiz alınmadan məlumatın yayılması ilə bağlı məsələni ciddi araşdırıb, xəbəri yayanlarla bağlı hüquq çərçivəsində tədbirlər görəcəm. Çünki hər hansı bir saytın və ya mənbənin doğru olmayan xəbərləri üzərindən belə bir reportajda adım hallandırılıb. Doğrudur, mənim bu xəbərləri təkzib etməyimlə bağlı mövqeyimi versələr də, bu cür fakta əsaslanmayan süjet məni ciddi şəkildə üzdü".

Keçmiş ANS-çi söhbət zamanı telekanalı qeyri-peşəkarlıqda, mətbuat prinsiplərinə riayət etməməkdə də suçlayıb:

"Onu da qeyd edim ki, jurnalistika prinsipləri baxımından da bu, düzgün deyil. Mətbuat fakta əsaslanmayan, yoxlanılmamış məsələni yaya bilməz". ("AzNews.az")

Tarix
2014.02.27 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla