Yuxarı

"Azərbaycan Avropa üçün önəmli ölkədir" - Nikoloski

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:19

Prezident İlham Əliyev sentyabrın 25-də Aleksandr Nikoloskinin rəhbərlik etdiyi və AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın daxil olduqları Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasını qəbul edib.

Axar.az xəbər verir ki, dövlətimizin başçısı sentyabrın 26-da Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək referendumla bağlı Azərbaycan hökumətinin maksimum şəffaflığın təmin edilməsi üçün işlər gördüyünü bildirib. Prezident qeyd edib ki, Azərbaycan xalqı azad şəkildə öz iradəsini ifadə edəcək və bunun üçün bütün tədbirlər görülüb.

Dövlətimizin başçısı Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının ölkəmizə böyük nümayəndə heyəti ilə səfər etməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın Avropa Şurasının çox fəal üzvü olduğunu, 15 ildən artıq müddətdə bu təşkilatla tarixi əməkdaşlıq həyata keçirdiyini məmnunluqla qeyd edib. Azərbaycan Prezidenti bildirib ki, bu illər ölkəmiz üçün inkişaf, müasirlik və transformasiya baxımından əhəmiyyətli illər olub. Prezident İlham Əliyev ölkəmizin Avropa təsisatları ilə müxtəlif formatlarda sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının rəhbəri Aleksandr Nikoloski başçılıq etdiyi nümayəndə heyətinə müxtəlif siyasi qrupların daxil olduğunu deyib. Aleksandr Nikoloski referendumu müşahidə etmələri üçün yaradılan şəraitə görə Azərbaycan rəhbərliyinə, Azərbaycan parlamentinə minnətdarlığını bildirib. O, referendumun keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını deyib və qeyd edib ki, Azərbaycan Avropa Şurası üçün çox önəmli ölkədir.

Görüşdə Azərbaycanla Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Tarix
2016.09.25 / 14:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı: İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla