Yuxarı

Azərbaycanlı oğrular İstanbulda atışdı - ölən və yaralanan var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən saat 13:30-da Türkiyənin Ədirnə şəhərində qanuni oğrular arasında atəşma baş verib.

Əski İstanbul küçəsində baş verən atışmada iki oğru klanının üz-üzə gəldiyi barədə Publika.az məlumat yayıb. Qruplardan biri hadisə yerinə Rusiya dövlət nömrə nişanlı (P 878 EC 177) avtomobillə gəlib. Digər qruplaşmanın avtomobilində yerli dövlət nömrə nişanı olub. Ümumilikdə, atışmada içərilərində ruslar və gürcülər də olmaqla, bir neçə nəfər iştirak edib.

Günorta çağı baş verən toqquşmanın şəhər əhalisində xof yaratdığı qeyd olunur. Hadisə yerində polis beş nəfəri həbs edib. Onlardan biri ayağından güllə yarası alıb. Əməliyyat zamanı Hüseyn İmraq adlı türk polisi öldürülüb.

Xatırladaq ki, Türkiyə son illər bir çox azərbaycanlı və gürcü avtoritetlərin daimi yaşayış məskəninə çevrilib. 2012-ci ildə Rövşən Lənkəranskinin qruplaşması İstanbulda digər azərbaycanlı qaninu oğru Baxış Əliyevə uğursuz sui-qəsd təşkil etmişdi. B.Əliyev o hadisədən salamat qurtulsa da, bu ilin aprelində Odessada killer gülləsindən yayına bilmədi.

Keçən yay isə Lənkəranskinin klanı İstanbulda avtoritet Gela Kardavanın klanının üzvlərini qəddarcasına döymüşdülər. Bu hadisədən cəmi bir gün sonra Türkiyə paytaxtında digər oğru, "Qoca" ləqəbli Əlibala Həmidov öldürüldü. "Qoca"nın başını beysbol ağacı ilə əzib, sonra güllələmişdilər.

Əslində, bütün bu hadisələrin kökündə iki azərbaycanlı qanuni oğrunun – Rövşən Lənkəranski ilə Nadir Səlifovun ("Lotu Quli") arasındakı düşmənçilik durur. Son vaxtlar bu konfliktə daha bir azərbaycanlı qanuni oğru Əli Heydərov (ləqəbi "Albert Rıjıy") da qoşulub.

Qeyd edək , Lotu Quli hazırda Azərbaycanda, 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəksə də, özü kimi oğru tacı daşıyan dogma qardaşı Namiq kriminal aləmdə onun maraqlarını qoruyur.

Ehtimal edilir ki, Türkiyədəki son olay Lotu Quli ilə Albert Rıjının klanları arasında baş verib.

Tarix
2014.06.10 / 11:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla