Yuxarı

İŞİD-ə 3 günə 67 zərbə endirildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və koalisiya qüvvələri İraq və Suriyadakı İŞİD hədəflərinə 3 gün ərzində 67 dəfə hava hücumu təşkil edib.

Axar.az Anadolu Agentliyi-nə istinadən xəbər verir ki, dekabrın 15-17-si tarixləri arasında ABŞ ordusuna aid hərbi təyyarələr Suriyada İŞİD yaraqlılarını 6 dəfə havadan vurub. İraqda da ABŞ və koalisiya ölkələrinə aid hərbi təyyarələr eyni tarixlərdə ümumilikdə 61 hava hücumu reallaşdırıb.

Suriyada hücumlar Kobani ətrafında təşkil edilib. 5 hava hücumunda təşkilatın binası və anbarı məhv edilib. Mosul yaxınlığında 8, Təlafər ətrafında 2, Sincar ətrafında 2, Hit, Rəva, Ərbil və Ramazi ətrafında isə bir hücum gerçəkləşib. Bütün bu hücumlarda İŞİD-ın döyüş mövqeləri, düşərgələri, ağır silahları və ləvazimatları hədəf alınıb.

Eyni zamanda, İŞİD yaraqlıları ilə döyüşən peşmərgə və İraq təhlükəsizlik qüvvələrinin əməliyyatlarına dəstək vermək üçün koalisiya qüvvələri tərəfindən 45 hava hücumu təşkil edilib.

Tarix
2014.12.18 / 12:11
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı: İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla