Yuxarı

7 min mühafizəçinin aldadılmasının - Təfərrüatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda "mühafizəçilər ordusu" üzləşdiyi dələduzluqla bağlı etirazları davam etdirir.

Axar.az-ıın əldə etdiyi məlumata görə, "Qala" Beynəlxalq Mühafizə Xidməti və "Azər" Mühafizə İdarəsinin birlikdə 7 minə yaxın əməkdaşının pulu mənimsənilib.

Hazırda hər iki şirkətin rəhbəri olan Vüqar Hüseynov həbs edilsə də, mühafizəçilər qoyduğu depozitin müqabilində əmək haqlarını ala bilmir.

"Azər" Mühafizə İdarəsinin Qazax şöbəsinin işçiləri redaksiyamıza göndərdiyi müraciətdə yazır ki, firma 2014-cü ilin aprelindən fəaliyyətə başlayıb. Fəaliyyət göstərdiyi 10 ay ərzində işçilərə cəmi 3 dəfə maaş verilib.

"İşə qəbul qaydası belədir ki, 1000 manat depozit qoyduqda 480 manat, 2000 min manat qoyduqda 980 manat maaş vəd edilir. Hər işə qəbul olunandan 500 manatdan başlayaraq 1500 manata kimi rüşvət alıblar.

İşçilərin ilk maaşı 45 gündən, ikinci maaşı 35 gündən hesablanıb. Üstəlik də işçilərdən əlavə olaraq 110 manat alınıb. Mühafizə Xidməti rayonda sahibkarların obyektlərini mühafizə etməli idi", - deyə məktub müəllifləri qeyd edirlər.

Onların sözlərinə görə, havaların soyumasına baxmayaraq, işçilər qalmağa yer tapmayıb: "Kimi öz maşınında, kimi də çöldə, küçələrin zibilini yandırmaqla sabaha kimi 14 saat xidmət aparıb.

Amma bizə ötən ilin oktyabrından maaşlar verilmir. İdarə rəisi Elxan İsmayılov "bu gün-sabah" deməklə yola verib. Dekabrda maaşların veriləcəyini desə də, bayrama görə hərəyə cəmi 30 manat pul verilib. Yanvarın 6-dan 23-dək maaşların tam ödəniləcəyi bildirilsə də, hamı aldadıldı. Bütün şöbələrdə eyni vəziyyətdir".

Onu da deyək ki, Qazaxda idarənin 190 işçisi var. Həmçinin, Xidmətin respublikanın 48 rayonunda şöbəsi fəaliyyətdədir.

Qeyd edək ki, V.Hüseynov Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə məsuliyyətə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaqı Bakı Şəhər Baş Polis İdarəsi aparır.

Tarix
2015.01.24 / 13:36
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla