Böyük rus yazıçısı Fyodor Dostoyevski təkcə irihəcmli
əsərlərinə görə deyil, həm də aforizmlərinə görə fəlsəfi fikir
tarixində xüsusi yer tutur.
Axar.az Dostoyevskinin qələmindən çıxan hikmətli
kəlamları təqdim edir:
1. Həyatı həyatın mənasından daha çox sevmək lazımdır.
2. Azadlıq özünü saxlamamaq deyil, idarə etməkdir.
3. Xoşbəxtlik xoşbəxtlikdə deyil, ona nail olmaqdadır.
4. Heç kim birinci addımı atmayacaq. Çünki hər kəs düşünür ki,
hiss etdikləri qarşılıqlı deyil.
5. Rus xalqı əzab çəkməkdən zövq alır.
6. Mütaliəni dayandırmaq düşünməyi dayandırmaq deməkdir.
7. Komfortda xoşbəxtlik yoxdur. Xoşbəxtlik əzabla satın
alınır.
8. İnsan ağıllıdır, amma ağıllı davranmaq üçün təkcə ağıl
kifayət etmir.
9. Dostum, yadında saxla ki, susmaq yaxşıdır, təhlükəsiz və
gözəldir.
10. Qəlb uşaqların yanında şəfa tapır.
11. Dünyanı gözəllik xilas edəcək.
12. Çoxları bilmir ki, uşaqlar hətta ən çətin vəziyyətdə belə
ağıllı məsləhət verə bilərlər.
13. Heç olmasa, bir insanla özümlə danışdığım kimi hər şey haqda
danışmaq istəyirəm.
14. Qucaqlamağı bacaran insan yaxşı insandır.
15. Həyat məqsədsiz məhv olur.
16. Hər bir işdə bir hədd var ki, onu keçmək təhlükəlidir; çünki
bir dəfə o həddi keçəndən sonra geri qayıtmaq mümkün deyil.
17. Əsərləri uğur qazanmayan yazıçılar asanlıqla müvəffəqiyyətli
tənqidçiyə çevrilirlər. Dadsız və zəif çaxır gözəl sirkəyə çevrilən
kimi.
18. Əsil sevən ürəkdə ya qısqanclıq məhəbbəti öldürür, ya da
məhəbbət qısqanclığı.
19. Bir insanı məhv etmək üçün çox şey tələb olunmur: sadəcə,
ona məşğul olduğu işin faydasız olduğunu deyin.
20. Günəş şüasının bir zərrəsinin insan ruhuna göstərdiyi təsir
inanılmazdır.
21. Əgər məqsədinə doğru getdiyin yolda hər ayağına ilişən daşa
görə dayansan, o yolu gedib qurtara bilməyəcəksən.
22. Yaxşılıq etmək istəyən adam əlləri bağlı olsa da, sizə bu
yaxşılığı edəcək.
23. Bəzən insanın qəddarlığını heyvanlarla müqayisə edirlər.
Amma bu müqayisə heyvanlara edilən ədalətsizlikdir: heyvanlar heç
vaxt artistcəsinə və zövq alaraq vəhşilik etmirlər.
24. Öz yaddaşınızı incikliklərlə yükləməyin, yoxsa orda xoş
anlara yer qalmaz.
25. Necə də qəribədir. Sevdiyimiz insanın hər yalanında bir
doğru, sevmədiyimiz insanın hər doğrusunda bir yalan axtarırıq.