Yuxarı

Suriyalı uşaq olmaq…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Anne girmem bu oyuncak dükkanına

Orda toplar, tayyareler, tanklar var".

Cahid Irqatın bu şeiri bir uşağın dilindən müharibə, qan-qada, şiddət əleyhinə ən yaxşı şeir sayıla bilər. İndi Suriyada körpələr oyuncaq dükanlarına həsrətdirlər - 2011-ci ildən bəri.

Onlar oyuncağa çevrilmiş bir qanlı, alovlu müharibənin içərisində yanırlar. Və canını qurtarmaq istəyənlər çadırlarda böyüyəcəklər.

Haçansa onlar Dəməşqin, Hələbin çilçıraqlı küçələrində valideynləri ilə gəzişəndə yuxularına da girməzdi ki, günün birində başkəsənlər ölkəyə soxulub, onları didərgin salacaq.

Uzaqbaşı o uşaqlar hansısa qorxulu filmlərdə, animasiyalarda əjdahabaşlı mifik obrazları görə bilərdilər. Suriyalı uşaq olmaq... nə məktəbə getmək, nə kola içmək, nə "maşa i medved"ə baxmaqdır.

Bəşər Əsəd tiranlığını devirmək istəyən xalq indi prezidentə bərk-bərk sarılıb ki, "Allahu əkbər" deyib baş kəsənləri ölkədən qovsun.

Bu dörd ildə isə bir çoxu zülmdən qurtuluş üçün qaçarkən xilas ola bilməyib - 3 yaşlı Kobani qaçqını Aylan Kürdi kimi…

İsveç Xarici İşlər naziri Marqot Vallström bu talesiz körpənin Bodrum sahillərindəki cansız bədəninin fotosunu görəndə göz yaşlarını saxlaya bilmir. Xanım Marqot, çox gecdir, çox… ağlamaq üçün…

***

"Qərb bizi xilas edəcək" - Ostap Bender vaxtilə sarkazmla demişdi. İndi qərbli bir nazir xanım sadəcə, göz yaşları içində suriyalı körpənin cəsədinə tamaşa etməkdədir. Necə ki eyni tamaşaya kondisionerli otel otaqlarında viski içərək Fələstində, İraqda, Əfqanıstanda, Liviyada baxıblar.

Və qətl edilən müsəlmanlara əlini yox, silahını Yəməndə uzadan Səudiyyə Ərəbistanı indi suriyalı qaçqınlara qucaq açan avropalılarla çoxdan qardaşlaşıb-əxiləşib.

Küveyt, Qətər, Oman, Birləşmiş Ərəb Əmirliklərindən müsəlman birliyi gözləmək isə idiotluqdur.

Bu dövlətlərin şeyxləri Avropada futbol klubları almaq, boinqlərə, holdinqlərə, otellərə yiyələnmək, şahin ovlamaq, 50-60 arvada sahiblənmək, ABŞ-ın neft "krant"ını idarə etmək kimi prioritet işlərlə məşğuldur.

Dalğalar isə aylanların cəsədlərini sahilə hələ çox vuracaq…

Tarix
2015.09.05 / 08:30
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

İranda telefonunuzda MTN yazısı görsəniz... - Reportaj

Deputatın olduğu canlı yayıma basqın - Video

Meksikalı futbolçudan müdhiş “Neftçi” yalanı

Dövlət iki mərkəzi satır – Hərrac

Dəmir yolunun bu hissəsi söküldü

Xaçmazda quşlar kütləvi tələf olur? – Foto

Öcalandan Gülən haqda şok sözlər

Moskva sirki Bakıya gəlir

Messinin dublu, almanların “sülh”ü…

Saratovka qaymağı zay çıxdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla