Yuxarı

Tahir Salahovun əsərləri Lissabonda

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət Azərbaycan ekspozisiyası oktyabrın 8-dən 17-nə qədər Portuqaliyada keçiriləcək festivalda sərgilənəcək.

Axar.az xəbər verir ki, Lissabon şəhərində təşkil olunacaq "Ənənə və müasirlik" Beynəlxalq İncəsənət Festivalında baş tutacaq nümayiş Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, 2007-ci ildən etibarən ənənəvi olaraq hər il "Ənənə və müasirlik" Beynəlxalq İncəsənət Festivalı "Moskva Mədəniyyətin Dəstəklənməsi və müasir incəsənətin inkişafı Fondu"nun təşkilatçılığı ilə keçirilir. Dünyanın 40-dan artıq ölkəsindən və Rusiya Federasiyasının 30 bölgəsindən çoxsaylı rəssamlar festivalda iştirak edirlər. Festival 2014-cü ilədək Moskvada, 2014-cü ildən isə Portuqaliyanın Lissabon şəhərində keçirilib. Hər il festivalı 200 minədək tamaşaçı ziyarət edir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2009-cu ildə əməkdar rəssam Fərman Qulamov, 2011-ci ildə əməkdar rəssam Sakit Məmmədov, 2012-ci ildə Rəşad Mehdiyevlə gənc rəssam Məryəm Ələkbərli, 2013-cü ildə Namiq Məmmədov, 2014-cü ildə isə əməkdar rəssam, xalq rəssamı Tahir Salahov və Sakit Məmmədovun rəhbərliyi ilə bir qrup rəssam Azərbaycanı bu festivalda təmsil edib. Çoxsaylı tamaşaçıların və münsiflər heyətinin səsverməsi yolu ilə keçirilən müsabiqənin nəticələrinə əsasən ölkəmizi təmsil edən rəssamlar müxtəlif nominasiyalar üzə birinci mükafata layiq görülüblər.

Tarix
2015.10.07 / 21:39
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla