Yuxarı

Bağlanan bankların əmanətçiləri ilə bağlı - Açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası ləğv edilən 6 bankın əmanətçilərinə veriləcək kompensasiyanın ümumi həcmi 70 milyon manat təşkil edir.

Bunu Trend-ə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, kompensasiyaların ödənişi "Muğanbank", "Rabitəbank" və "Unibank" bank-agentləri vasitəsilə həyata keçiriləcək: "Bank of Azerbaijan"da əhalinin əmanətləri üzrə kompensasiyaların həcmi təqribən 24 milyon manat təşkil edəcək. Daha dəqiq rəqəm hesablamalar başa çatdıqdan sonra məlum olacaq. Bankın müştəriləri kompensasiyaları "Muğanbank" vasitəsilə, bankın Naxçıvandakı əmanətçiləri isə "Rabitəbank" vasitəsilə ala biləcəklər".

A.Cavadov bildirib ki, qaydalara əsasən, kompensasiyaların ödənişi bank müflis elan edildikdən 7 gün sonra başlayacaq: "Bank of Azerbaijan"da əmanətlər üzrə kompensasiyaların ödənişi birigün başlayacaq. Növbəti bank "Gəncəbank" olacaq və s."

Qeyd edək ki, ilin əvvəlindən Azərbaycanda 6 bankın lisenziyası ləğv edilib: "Qafqaz İnkişaf Bankı", "Atrabank", "Gəncəbank", "Bank of Azerbaijan", "United Credit Bank" və "NBCBank".

Tarix
2016.01.27 / 20:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla