Yuxarı

Belçikada Natəvanın heykəli qoyuldu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib.

Azərtac xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov qeyd edib ki, bu layihənin reallaşması Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub. Bildirilib ki, XIX əsrdə yaşamış Xurşidbanu Natəvanın şeirlərinin əsas mövzusu humanizm, xeyirxahlıq, dostluq və sevgi olub. Vaterloda Azərbaycan şairəsi və mütəfəkkiri Xurşudbanu Natəvanın heykəlinin açılışını etmək rəmzi bir hadisədir. Bu əlamətdar hadisə Azərbaycanla Belçika arasında humanitar əlaqələrdə yeni bir səhifədir.

Vaterlo şəhərinin meri Floran Röter çıxışında Azərbaycanla əməkdaşlıqdan məmnunluq ifadə edib və şəhərdə Xurşidbanu Natavanın abidəsinin ucaldılmasını yüksək qiymətləndirib.

Vurğulanıb ki, Xurşidbanu Natəvanın heykəlinin Avropanın tarixində xüsusi rol oynamış, hazırda Belçikanın turizm şəhərlərindən olan Vaterlo şəhər parkında qoyulması Azərbaycan tarixi və mədəniyyətinin dünyada tanıdılması baxımından əhəmiyyətlidir. Şuşada anadan olan Xurşidbanu Natəvanın Belçikada ucaldılmış heykəli, həmçinin Qarabağ xanlığının tarixini özündə təcəssüm etdirir. Heykəlin postamentində "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" sözləri yazılıb. Özündə Qarabağla bağlı qeydi əks etdirən bu abidənin Belçikada ucaldılması Azərbaycan həqiqətlərinin yaşadılması və dünyada tanıdılması istiqamətində aparılan işlərə bir töhfədir.

Qeyd edək ki, Vaterlo şəhərinin mərkəzi parkında ucaldılmış heykəl Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb.

Tarix
2016.02.19 / 00:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla