Yuxarı

Vasif Talıbov Arzu Kazımovun bazarını bağladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vasif Talıbov Arzu Kazımovun bazarını bağladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun göstərişi ilə, Naxçıvan şəhərində yerləşən bazar sökülür.

Adının çəkilməsini istəməyən şəxs bu barədə "Musavat.com"a danışıb.

"Axar.az"ın Naxçıvandakı mənbələrdən aldığı məlumata görə, Naxçıvan şəhərində iki bazar var: "57 bazarı" və "Cahan Holdinq" adı ilə tanınan ticarət mərkəzləri. Söküntüsünə qərar verilən bazar Elşad Abdullayev olayından sonra ictimaiyyətin tanıdığı və hazırda həbsdə olan iş adamı Arzu Kazımova məxsus "57 bazarı"dır. Bildirlir ki, bu bazarın səhmlərinin əsas hissəsi ölkənin güc strukturlarından birində yüksək vəzifə daşıyan məmurun doğmalarına aiddir. Əslən Naxçıvandan olan həmin məmurun ailə üzvləri "57 bazarı"nı A.Kazımovun həbsindən sonra onun xanımı ilə birgə işlədirlər. Məlumatda qeyd olunur ki, A.Kazımovun xanımı həmin yüksək çinli məmurla yaxın qohumdur.

Hazırda söküntüsünə qərar verilən "57 bazarı"nda işləyən icarədarların "Cahan Holdinq"in arxasında yeni inşa ediləcək və əvvəlki bazardan görünüşcə daha gözəl olan bazara köçürüləcəkləri bildirilir.

Xatırladaq ki, Cahan Building, Cahan Commerce, Cahan General Traiding, Cahan Industry Complex, Cahan Red, Cahan Motors, Cahan Pen, Cahan Tea, Cahan Tobacco, Days Hotel və s. olmaqla, ümumilikdə 12 əsas və bir neçə törəmə şirkətdən ibarət olan "Cahan Holdinq"in prezidenti Vüqar Abbasovdur (2009-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub). Holdinqin öz saytında ("cahan.az") təsisçilərin adı isə göstərilməyib.

Tarix
2013.11.01 / 00:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla