Yuxarı

Keçirəm Moskva prospekti ilə...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ona bir poema, 3 şeir həsr etmişəm. Düşünürəm ki, çox azdır. Bir insan ki ömrünü bütünlüklə millətinə, ölkəsinə həsr edə, ona nə etsən də, çox azdır...

Sabir Rüstəmxanlıdan bəhs etmək istəyirəm... Yazı ərəfəsində, ona Ustadım, Dostum, Əqidədaşım deməyim heç kəsə qəribə gəlməz yəqin. O, həqiqətən də dostdur, ustaddır və əqidəsinə sadiq insandır...

Bu aralar ondan çox yazırlar. Ümumiyyətlə, Sabir Rüstəmxanlıdan çox yazılıb və illər keçəcək, nəsillər dəyişəcək, dövlətlərin sərhədləri yenilənəcək, amma yenə də yazacaqlar. Necə ki, Nizamidən, Füzulidən, Nəsimidən yazıblar və yazırlar da.

Sabir bəyin imzası çoxları üçün dolanışıq, ad-san, üz tutulacaq, haqq ediləcək bir ünvan olacaq.

Unutmamışam, onu da əlavə edim ki, 3 şeir və bir poemadan əlavə, şairim haqda bir neçə məqalə də yazmışam, müsahibələr götürmüşəm ondan. Onunla həmsöhbət olmaq maariflənmək deməkdir, bütün sahələrdə.

Sabir Rüstəmxanlını hələ məktəbli ikən tanıdım və sevdiyim şair olaraq bu gün də onu öyrənirəm, tanıyıram, onu öyrəndikcə, tanıdıqca əsil vətənpərvər insanın necə olmasını əxz edirəm.

Sabir Rüstəmxanlını öz şairimiz bildim. İndi çoxlarına qəribə gələcək bir duyğu vardı bizlərdə. Onun bizim kəndlə də dostluq telləri vardı. Hər kəs onu öz şairi bilirdi, bu, elə indi də belədir. Axı, hansı kəndlə, ucqar bir məkanla onun əlaqəsi olmayıb ki? Məktəbli yaddaşımın bu günə qədər qoruyub saxladığı həm də o idi ki, hər kəs onu bizim kəndin, bizim rayonun balası bilirdi, xususilə də yaşlı nəsil. Fərq etmirdi ki, Yardımlıda doğulub, Bakıda yaşayı. Kəndimizə dost olaraq bircə dəfə gəlişi bəs idi ki, kənd ağsaqqaları ona hampa oğlu kimi baxsın. Onun belə gəlişləri isə çox olmuşdu. Balabəylilərin "baba" deyərək üz tutduğu Dünyamalı babanın ocağında olması, onun bacısı nəvəsi, şair Ayaz Vəflı ilə iş yoldaşı və dostluğu, həm də dostunun tək oğlunun kirvəsi olması Sabir bəyə hər yerdə "Bizim Sabir" deyilərək anılması, əziz tutulması və əsərlərinin əldən-ələ keçərək oxunması üçün kənd əhlinə sitimul vermişdi.

O zamanlar məktəbli idim və elə bu gün də onun adının qarşısında özümü məktəbli kimi hiss edirəm.

Sonralar onun işlədiyi "Ədəbiyyat qəzeti"ndə işlədim. Bu o vaxtlar idi ki, Sabir bəy artıq Mətbuat naziri idi. Bu vaxta qədər isə onun meydan hərəkatının liderlərindən biri kimi, yaxın tariximizin salnaməsinin yazılmasında xidmətlərini gördük, inqilabçılığın, vətənin müstəqilliyi uğrunda necə fədakar olmasının şahidi olduq. Buna qədər isə onun sovetlər zamanının əli qılınclı vaxtında yazdığı şeirlərdən üzü bəri yol gəldiyi və dilimizin əzbəri olduğu şeirlərinin havası ilə böyümüşdük, fikir, söz sahibi olmuşduq. Başqalarını deyə bilmərəm, mən ondan sözün bütövlüyünü, millətin işıqlı sabahı, müstəqilliyi naminə çox şeylər öyrənmişdim və öyrənirəm də.

Sabir Rüstəmxanlı: "Keçirəm Moskva prospekti ilə

Təbriz xiyabanı həsrəti ilə mən", - yazanda gənc oğlan idi. "Azərbaycan Ali Sovetinə açıq məktub"unu qələmə alanda da yaşının üstünə o qədər yaş gəlməmişdi, yenə gənc idi.

Qələm dostları Leninin çiyninə aldığı şalbanlardan, dahi rəhbərin dekretlərinin bu gün də aktual olmasından yazanda Sabir Rüstəmxanlı "Cavad xan" poemasını yazırdı. Ondan çox öncə "Ana dilim"i qələmə alırdı, "Qan yaddaşı"nın alt qatını üzə çıxarırdı, üzünü millətinə tutub, "Bu sənin xalqındır" deyirdi, "Zaman səndən keçdi" deyib, vaxtı dondurmaq, yeniləmək istəyirdi və bütün bunlar onun ömrünün yaşanılan və yaşanılacaq günlərinin – səhifələrinin vərəqlərinə köçürülürdü, "Ömür kitabı" olurdu.

Yaşadığı 70 ildə 70.000 dərdi, əzabı misrlarına yerləşdirə bildi. Böyük türk dünyasının görünməyən qatlarına baş vurdu, üzü Altaylardan, monqol səhralarından tutmuş Avropanın ayrı-ayrı bölgələrinə səpəlnmiş, kök atmış, milli şürunu, dövlətçiliyini, qəhrəmanlığını sərgiləmiş bir millətin təəssübkeşi oldu və olmaqdadır.

Onun ömür yolu bir vaxtlar Yardımlı dağlarından onu paytaxt Bakıya qədər gətirən yollar kimidir. Çoxşaxəli. O yollar ki, dağlardan üzü aşağı düşürdü, əslində, onu yuxarılara qaldıracaqdı və qalxdı da. O yollar ki, Yardımlı dağlarının sinəsinə göy üzündən çaxan şimşəyin qanadları kimi sərilmişdi, onun ürəyində torpaq, ölkə, millət sevgisinin qığılcımlarını közərdirdi ki, bu qığılcımlar alova çevrilməli idi, istisi ilə böyük bir millətə sevginin necə olmasını aşılamalı idi və bu belə də oldu.

Yol davam edir. Bu yol çox uzun yoldu. Və nə mutlu bizə ki, biz də o yolun yolçusu, onun da yol yoldaşıyıq. Daha Moskva prospekti yoxdu, Təbriz xiyabanı həsrəti isə hələ də bizim sarvanımızdı...

Tarix
2016.05.22 / 14:42
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kimdir Mahirə Nağıqızı?..

Fərqanə, bu gün sənsiz gəldi...

Elə bil, vəsiyyət edirdi... - Aşıq Vüqar

Şərifin ifritə nənəsini...

Bakıya gedən yolu kəsən qəhrəmanlar - Video

Tərlan Qasımov təltif edildi - Foto

Göndərdiyin acılar sürüşür qucağımdan...

2017 yazarların yaddaşına belə köçdü - Sorğu

SSRİ-nin dağıldığı gün: Qorbaçovun Buşa məxfi zəngi - Mətn

Soyuq Arxangelsk, “Bakı” restoranı və doğma üzlər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla