Axar.az
Yuxarı

Şərifin ifritə nənəsini...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanını, necə deyərlər, mürəkkəbi qurumamış oxudum, yazmağımın isə gec olmasına fikir verməyin.

Mən bu yaddaqalan və özünə kifayət qədər oxucu toplayacaq kitabı oxuyana qədər isə millət vəkili, yazıçı Aqil Abbas, tələsik də olsa, “Arzulardan sonrakı şəhər”ə baş çəkmiş və bu haqda yazmışdı. Həm də başa düşmüşdüm ki, çox hörmətli yazarımızın bu yazısı ədəbiyyatda və ədəbiyyatın həndəvərində olanları sərvaxt olmağa çağırmaq missiyasını boynuna götürüb; bu kitab haqda yazın, bu kitabı oxuyun, Şərif Ağayar artıq brendlənmiş imzalar içərisinə daxil olur, gözdən uzaq qoymayın. Çox sağ olsun. Bu bir ədəbiyyat adamının həmkarına verdiyi dəyərdi.

İndiki zamanda heç kəs heç kəsin kitabını oxumur, deyirlər. Amma Şərifin kitabları oxucu qıtlığı çəkməyən əsərlərin toplusudur- bunu deməmək olmur və heç olmaz da.

Aqil Abbas kimi, mən də bu kitab haqda yazılma vacibliyini qeyd edirəm. Ona görə ki, “Arzulardan sonrakı şəhər” əslində çoxumuzun arzularımızda olan şəhərdir. Arzularımıza yetə bilmədiyimiz kimi, bu şəhərə çatmaq da bir qədər müşkül; Yollar bağlı, düşmən qəvi, dost zəbun.

Bu əsər niyə nəfəs dərilmədən oxunur? Mənə görə, həm işğal altında olan “Arzulardan sonrakı şəhər”dəki güllə, mərmi səsinə diksinən şəhər, həm müəllifin bu şəhərdəki “ifritə nənəsi”, həm bu “ifritənin” işgörən qohumunun çəkdiyi məsəllərdə söyüşlərin təsbeh dənəsi kimi fırlanaraq bir-birini əvəzləməsi gözümüzün önünə bir vaxt müşahidə etdiklərimizi gətirir.

Yadımdan çıxmamış onu da deyim ki, Şərifin bütün obrazlarında öz qohum-əqrabamı, tanıdıqlarımı, keçmiş və indiki qonşularımı gördüm. Onun obrazları oxucuya yad adam təsiri bağışlamadı, hər biri bizim həndəvərimizdə olanlar idi.

Şərifin nənəsini çox sevdim. Eynən mənim nənələrimə bənzədi. Nənələrim nəvələrini Şərifin qısaboy nənəsi qədər çox böyük sevgi ilə sevirdi, indi istəməsinlər. Əsər boyu o böyük sevgini Şərifdə də gördüm; ovurdlarında dişləri olmayan qoca nənəsini çox istəyir, “İfritə” sözü elə belədir, bəlkə də oxucuda əsərə xüsusi bir maraq oyatmaq üçün düşünülüb...

Deyim ki, bu əsər məni həm də yeniyetməlik vaxtıma apardı. Ta oracan ki, Əkrəm Əylislinin nəğməkar bibisinin bəzi xüsusiyyətlərini “İfritə nənə”də axtarmaq eşqinə düşdüm və... heç nə tapa bilmədim, sevgidən başqa... Amma məni o əsərə tərəf burdan nəsə çəkib aparırdı. İndi də məəttələm, bilmirəm əsərin mütaliəsi boyu məni nə idi düşündürüb o keçmişə tərəf aparan...

Əsər iki fərqli zamanda baş verənlərin nəqli ilə oxucu ilə təmasda olur. “Arzulardan sonrakı şəhər”də mən özümü həm də sevə-sevə bir neçə dəfə baxdığım “Yaquar pəncəsi” filmini yenidən izləyirmiş kimi hiss etdim. Əsərin keçmişdən bəhs edilən bölümlərindəki yer adları elə bu filmin orjinaldakı adı ilə də həmsəsdir – “Apokalipsis”. O filimin süjet xətti əsərdə xatırlanmaqda; Misir əsgərləri bir qəbiləni bütünlüklə əsir götürür. Əsasən onlardan işçi qüvvəsi kimi istifadə olunur. Günəşin çıxmasını, yaxud hansısa gecikmiş bir təbiət hadisəsinin gerçək olması üçün insanları qurban kəsir, başlarını fironun dayandığı uca yerdən aşağa atırlar. Amma tayfa başçısının oğlu, “Yaquar pəncəsi” bu cəhənnəmdən xilas olur, ardınca düşənləri isə məhv edə bilir...

O filimdə olduğu kimi, Şərifin də qəhrəmanı ölümlə üz-üzə qalır və düşmənin gözündən yayınaraq, keşikçiləri və ardınca düşənləri məhv edərək doğma yurduna, tayfası yaşayan həmin kiçik kəndə qayıdır. Oğlunu və əsir götürülərkən hamilə qalan və su dolu quyunun içində doğulan körpəsini xilas edir.

Şərifin “Arzulardan sonrakı şəhər”inin dilinin axıcılığı haqda danışmamaq olmaz. Əsərin dili çox gözəldir, oxunaqlıdır, oxucunu yormur.

Əsər boyu cərəyan edən hadisələrin peşəkar bir bənna kimi hörgüyə qoyulurmuş kimi arda-arda düzülməsi müəllifin peşəsinin ustası olduğundan xəbər verməkdə...

Mən Şərifin “Arzulardan sonrakı şəhər”inin sakini – oxucusu olmaqdan zövq aldım.

Tarix
2018.02.06 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bir qrup gənc şair bu şəhərimizdə toplandı

“Türk ruhunun söz bayrağı” Ankarada…

Bakıda qazax şairin xatirəsi yad edildi - Foto

Tanınmış şairin yeni kitabı çapdan çıxdı

Dikin məşhurlaşdırdığı “Təbriz nağılı”nda nə var?

“Din və Cəza” Qazaxıstanda işıq üzü gördü

“İrəvandan Zəngəzuradək...” təqdim edildi

"Laokoon… Laokoon" Almaniyada dərc edildi

Ramil Əhmədin kitabı çap olundu

Nobel mükafatı alan ilk türk yazıçı – Orxan Pamuk

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla