Yuxarı

FİFA bu yazıya görə protokolu dəyişdirdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
FİFA bu yazıya görə protokolu dəyişdirdi

Futbol üzrə Dünya Çempionatının H qrupunda keçirilən və 1:1 hesabı ilə başa çatan Səudiyyə Ərəbistanı - Uruqvay matçından əvvəl maraqlı hadisə yaşanıb.

Axar.az Savashmedia.az-a istinadla xəbər verir ki, FİFA-nın ənənəvi protokoluna uyğun olaraq milli bayraqların meydançaya sərilməsi əvəzinə bu dəfə bayraqlar könüllülər tərəfindən əllərdə saxlanılıb.

Buna səbəb Səudiyyə Ərəbistanının bayrağında yer alan kəlmeyi-şəhadət ("Allahdan başqa Allah yoxdur, Məhəmməd onun rəsuludur") ifadəsinin yerə qoyulmasına etiraz edilməsi olub.

Səudiyyə Ərəbistanı uzun illərdir dini məzmun daşıyan bayrağının yerə toxunmasına və ya hörmətsiz hesab edilə biləcək formada istifadəsinə qarşı çıxır. Bu səbəbdən beynəlxalq tədbirlərdə ölkənin bayrağı ilə bağlı xüsusi yanaşmaların tətbiq olunduğu hallar yaşanıb.

FİFA hadisə ilə bağlı rəsmi açıqlama verməsə də, görüntülər futbol ictimaiyyətində müzakirələrə səbəb olub.

Tarix
2026.06.16 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla