Yuxarı

Qandonduran hadisə: ana iki övladını, görün, necə öldürüb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qandonduran hadisə: ana iki övladını, görün, necə öldürüb

Bir müddət əvvəl iki körpəsini öldürən Masallı rayonunun Qızılağac kənd sakini Kəmalə Bağışzadənin məhkəməsində bu hadisənin qandonduran təfərrüatı üzə çıxıb.

Axar.az Xitab24.az-a istinadla xəbər verir ki, 26 yaşlı qadın əvvəlcə 1 yaşlı oğlu Mülayim Bağışzadəyə sirkə turşusu içizdirib.

Bundan sonra uşağın vəziyyətinin pisləşdiyini, lakin ölmədiyini görən ana ailə üzvlərinə körpənin soyuqladığı üçün nəfəs almaqda çətinlik çəkdiyini bildirib və azyaşlı Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Göstərilən tibbi yardımlara baxmayaraq, Mülayim Bağışzadə ölüb. Bundan sonra Mülayim el adəti ilə dəfn olunub.

Maraqlıdır ki, Masallı Rayon Məhkəməsində uşağın ölümünün ilk səbəbi sətəlcəm göstərilib.

Mülayimin sətəlcəmdən ölmədiyi isə sonradan aparılan ekspertiza nəticəsində müəyyənləşib.

Bu il isə Kəmalə Bağışzadənin 5-ci övladı doğulub. O, dünyaya gətirdiyi övladının cinsinin qız olmasına etiraz əlaməti olaraq onu qəsdən öldürmək qərarına gəlib. Körpənin saxlanıldığı otağa daxil olan qadın onu boğaraq öldürüb və tibb bacısına uşağa yemək verərkən qəfil halının pisləşdiyini bildirib. Ekspertiza aparıldıqdan sonra uşağın boğulma nəticəsində öldüyü üzə çıxıb.

Kəmalə hazırda birgə nikahdan olan üç övladının ikisinin qız olması və ərinin onları necə qəbul etdiyi ilə bağlı sualı cavablandıra bilməyib. O qeyd edib ki, bu iki qız övladını da həyat yoldaşı Qadir çətinliklə qəbul edib.

Kəmalənin əri Qadir Bağışzadənin sözlərinə görə, 2025-ci ilin iyul ayında Rusiyada olarkən Kəmalənin hamilə olduğunu öyrənib, bu xəbəri normal qarşıladığını, lakin maddi çətinliklərin ola biləcəyini də düşünüb. Buna görə də, o, “uşağa baxa biləcəksinizsə baxın, bu sizin işinizdir” deyib. Həmin vaxt Məhərrəmlik olduğuna görə Kəmalə uşağın götürülməsinin günah olduğunu bildirib, əri də buna etiraz etməyib.

Qadir bildirib ki, Mülayimin doğulması barədə əvvəlcə məlumatı olmayıb. İkinci uşağın da arvadı tərəfindən öldürüldüyünü sonradan öyrənib. Qadir ifadəsində onu da bildirib ki, uşaqlara cinsiyyətinə görə fərq qoymur. O, bu cinayətə görə arvadı Kəmaləni bağışlamadığını dilə gətirib.

Qeyd edək ki, Kəmalə Bağışzadənin 2019, 2021 və 2022-ci il təvəllüdlü daha iki qızı və bir oğlu var. Mülayim cütlüyün dördüncü, boğub öldürdüyü körpə isə 5-ci övladı olub. Məhkəmənin hökmünə əsasən, iki körpəsini öldürən qadın 17 il müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2026.06.16 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla