Yuxarı

Veysəloğlu “Süni Zəka Dövründə Liderlik” forumu keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Veysəloğlu “Süni Zəka Dövründə Liderlik” forumu keçirdi

Veysəloğlu Şirkətlər Qrupu rəhbər heyətin strateji idarəetmə bacarıqlarının inkişafı, komanda əməkdaşlığının gücləndirilməsi və süni zəka dövrünün yaratdığı yeni çağırışlara hazırlığın artırılması məqsədilə “Süni Zəka Dövründə Liderlik: AI emal edir, lider qərar verir” mövzusunda teambildinq formatında iki günlük liderlik forumu təşkil edib.

Axar.az xəbər verir ki, Quba Palace Hotel-də keçirilən forumda Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti, şirkət rəhbərləri və top-menecerlər iştirak ediblər. Tədbirdə süni intellektin biznes proseslərinə təsiri, liderliyin transformasiyası, insan kapitalının inkişafı, effektiv qərarvermə və komanda idarəetməsində yeni yanaşmalar müzakirə olunub.

Forumun ilk sessiyasında NielsenIQ Türkiyə şirkətinin Baş direktoru Didem Şekerel Erdoğan və eyni şirkətdə Müştəri Portfelinin İnkişafı direktoru Nur Serenli qlobal iqtisadi və texnoloji dəyişikliklərin biznes mühitinə təsiri barədə çıxış ediblər.

Daha sonra data analitikası və süni zəka layihələri üzrə müstəqil ekspert Kamran Ağayev məlumat əsaslı idarəetmə, rəqəmsal transformasiya və süni intellekt həllərinin biznes proseslərinə inteqrasiyası mövzusunda fikirlərini bölüşüb.

Beynəlxalq konsultant Sinan Ergin “AI və insan kapitalının gələcəyi” mövzusunda çıxış edərək süni intellektin əmək bazarına təsiri və liderlərin dəyişən biznes mühitinə adaptasiyası barədə danışıb.

Millət vəkili Tahir Mirkişili isə süni intellekt dövründə idarəetmə, qərarvermədə insan faktorunun rolu və texnologiya ilə liderlik arasında balansın qorunması məsələlərinə toxunub.

Tədbir teambildinq formatında təşkil olunduğundan iştirakçılar müxtəlif interaktiv sessiyalara, komanda oyunlarına və əməkdaşlığı təşviq edən fəaliyyətlərə cəlb olunublar. Bu fəaliyyətlər rəhbər heyət arasında ünsiyyətin, qarşılıqlı etimadın və komanda ruhunun gücləndirilməsinə xidmət edib.

Forumun yekununda Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Veysəloğlu bu cür təşəbbüslərin korporativ idarəetmə mədəniyyətinin inkişafı, innovativ düşüncənin təşviqi, liderlik potensialının gücləndirilməsi və komanda həmrəyliyinin artırılması baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu insan kapitalının inkişafını, innovativ idarəetmə yanaşmalarının tətbiqini və gələcəyin liderlərinin hazırlanmasını strateji prioritetlərindən biri hesab edir.

Tarix
2026.06.16 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla