Yuxarı

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

İyunun 15-də Nyu York şəhərində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlətlərin 42-ci iclası çərçivəsində Azərbaycan Respublikasının namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin (ICCPR) 2027-2030-cu illər üzrə üzvlüyünə seçilib.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ciddi beynəlxalq rəqabət şəraitində baş tutmuş seçkilərdə Azərbaycanla birgə 16 ölkədən olan namizədlər Komitədə mövcud 9 vakant yer uğrunda mübarizə aparıblar.

Azərbaycan tərəfindən namizədliyi irəli sürülmüş Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq professoru Fuad Zərbiyev səsvermənin ilk mərhələsində ən yüksək səs toplayaraq, 131 iştirakçı dövlətin dəstəyini qazanıb və Komitəyə üzv seçilib.

BMT-nin İnsan Hüquqları Komitəsi 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın icrasına nəzarət edən qurumdur. Komitə 18 müstəqil ekspertdən ibarət olmaqla, Pakta tərəf dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirir və beynəlxalq insan hüquqları hüququnun inkişafında mühüm rol oynayır.

Tarix
2026.06.15 / 23:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla