Yuxarı

Albaniyada Azərbaycan səfirliyi açılacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov Albaniya parlamentinin sədri İlir Meta ilə görüşüb.

Report-un xəbərinə görə, Z.Əsgərovun rəhbərlik etdiyi Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyəti qurumun Albaniyanın paytaxtı Tiranada keçirilən yaz sessiyasında iştirak edir. Z.Əsgərov sessiya çərçivəsində Albaniya parlamentinin sədri İlir Meta ilə görüşüb.

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə olunub. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Albaniya parlamentinin spikeri Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini deyib.

Görüşdə bildirilib ki, Albaniyada Azərbaycan səfirliyi açılacaq. Qeyd edilib ki, Azərbaycanın Tiranadakı diplomatik nümayəndəliyinin payızda açılması nəzərdə tutulub.

Tarix
2016.05.28 / 19:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla