Yuxarı

Dünyada ciddi dəyişikliklər gözlənilirmi? – Rəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyadan sonra Almaniya və Fransanın Avropa Birliyinin bütün yükünü öz çiyinlərinə götürəcəyi inandırıcı görünmür.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov deyib. İqtisadçı Böyük Britaniyanın hələ bir il öncə AB-dən çıxacağını proqnozlaşdırdığını bildirib:

"Bu hadisə AB-nin sonunun başlanğıcı kimi dəyərləndirilməlidir. Böyük Britaniya birliyin üç sıravi üzvü olmayan ölkəsindən biridir. Deməli, AB-nin çöküşü qaçılmazdır və bu, çox uzaqda deyil. Son 2-3 ildə birliyin gələcəyinə inamsızlıq artıb. Bir çoxları Birləşmiş Krallığın AB-dən çıxmasını az qala bütün dünyanı bürüyəcək iqtisadi və maliyyə fəlakəti kimi təqdim etmək istəyirlər. Hökumət baş verəcəkləri öncədən hesablamamış olmaz, çünki ingilislər qərar verməzdən öncə onu yüz dəfə ölçüb-biçirlər".

F.Yusifovun qənaətinə görə, dünya maliyyə bazarlarında yaranmış psixoloji durum istisna olunmaqla, ciddi dəyişikliklər real görünmür:

"ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının 1/4 -nə bərabərdirsə, İngiltərəninki 3,9%-ni təşkil edir. Dünya dövlətlərinin xarici valyutada olan yığımlarında ABŞ dollarının payı 63%-i ötürsə, İngiltərə funtunun bu ehtiyatlarda payı 3,8%-dir. Göründüyü kimi, rəqəmlər müqayisə ediləcək səviyyədə deyil".

İqtisadçı Azərbaycan manatının da yaranmış bu panik vəziyyətə bir neçə gün "qıcıq" göstərib, sonradan tam sakitləşəcəyini qeyd edib.

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda britaniyalılar səs çoxluğu ilə krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib.

Tarix
2016.06.26 / 10:21
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı: İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla