Yuxarı

İrandan kürdlərə: “Düşünmədən yox edərik”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan kürdlərə: “Düşünmədən yox edərik”

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandirinin müavini Hüseyn Salami son günlərdə ölkənin şimal-qərbində təhlükəsizlik qüvvələrinə istiqamətli hücumlarla bağlı İraq Kürd Regional Rəhbərliyinə (İKBY) xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, paytaxt Tehranda Qüds Günü münasibəti ilə təşkil olunan mərasimdə danışan Salami hərbi əməliyyatları istisna etməyib:

"İraqın şimalındakı siyasi səlahiyyətlilərə öhdəliklərinə sadiq qalmaları barədə xəbərdarlıq edirəm. İrana təhlükə gətirə bilən hər nöqtəni heç tərəddüd etmədən yox edəcəyik".

Salami bölgədəki bəzi dövlətlərin təhlükəsizlik qüvvələrinə qarşı təşkil olunan hücumlara dəstək verdiyini iddia edib.

Xatırladaq ki, İranın şimal-qərbindəki bölgələrdə 15 iyundan etibarən İ-KDP peşmərgələri və İran əsgərləri arasında başlayan qarşıdurmalarda hər iki tərəfdən onlarla adam həyatını itirib.

Bölgədəki qarşıdurmalardan sonra İran ordusu İKBY-nin Ərbil şəhərinə bağlı Soran mahalındakı dağlıq bölgəni bombardman edib.

Tarix
2016.07.02 / 16:37
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri istefa verir? - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla