Yuxarı

İtkin düşmüş 14 yaşlı nişanlı qız axtarılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtkin düşmüş 14 yaşlı nişanlı qız axtarılır

Qubada 3 aya yaxındır ki, yoxa çıxan 14 yaşlı qızdan hələ də xəbər yoxdur. Maraqlıdır ki, 8-ci sinif şagirdi həm də nişanlı olub. Onun itkin düşməsində ilk agla gələn də nişanlısı ilə problemi olub-olmamasıdır. Güldanə Tağıyevanın intihar etdiyi və ya kiminləsə qaçdığı dəqiq bilinmir.

Xəzər Xəbər bildirir ki, Qubanın Barlı qəsəbə sakini Güldanə Tağıyeva aprelin 19-da məktəbə gedib və evə qayıtmayıb. Valideynləri onun nişanlı vəziyyətinə görə intihar edə biləcəyini də deyir. Çünki sonuncu dəfə onu arxın kənarında görüblər.

Valideynləri qızın nişanlısı ilə aralarında anlaşmazılıq olmadığını desələr də, mütəxəssislər hadisənin baş verməsində bu faktorun rolunun ola biləcəyini ehtimal edirlər. Yeniyetmə qız nişanlısı ilə hər an və ən xırda məsələyə görə belə küsə bilər.

Sosioloq bildirir ki, bu yaşda qızın nişanlanması ona əlavə psixoloji və sosiolojı gərginliklər yaradır.

Güldanənin sinif yoldaşları onun itməmişdən bir neçə gün əvvəl özünü qəribə apardığını deyirlər. Onunla eyni sinifdə oxuyan Səbinənin dediyinə görə, Güldanə həmin gün sonuncu dərsə girməyib və icazə alaraq məktəbdən ayrılıb.

Axırıncı dəfə onu su kanalının kənarında gəzərkən görüblər.

Hadisə ilə baglı valideynləri aidiyyəti orqanlara müraciət ediblər.

Tarix
2016.07.03 / 00:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri istefa verir? - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla