Yuxarı

İki bank barədə önəmli qərar verildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki bank barədə önəmli qərar verildi

Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standart"ın aqibətinə aydınlıq gətirib.

Bankın müştərilərinin səbirsizliklə gözlədiyi qərarı Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı eksklüziv olaraq ANS-ə açıqlayıb. İndiyədək yalnız bankın kiçik əmanətçiləri pullarını ala bilirdisə, artıq istənilən məbləğdə vəsaiti olanlar problemsiz onu ala biləcək. Bir sözlə, bank normal işinə qayıdır.

Həmçinin, Maliyyə Bazarlarına Nəzarət Palatası qanunsuz fəaliyyət göstərən bank bölməsi aşkar edib. Qurumdan verilən məlumata görə, həyata keçirilmiş monitorinqlər nəticəsində "Parabank"ın Sumqayıt filialının nəzdində filialdan kənar ərazidə müvafiq icazəsi olmadan fəaliyyət göstərən struktur bölmə aşkar olunub və aparılmış yoxlamalar qeyri-qanuni bank xidmətlərinin göstərilməsi faktını təsbit edib. Palatanın Direktorlar Şurası "Parabank"in Sumqayıt filialına verilmiş icazənin ləğv edilməsi, 1 il müddətində "Parabank" tərəfindən filial və şöbələrin açılmasının dayandırılması və Sumqayıt filialının inzibatçılarının tutduğu vəzifələrindən kənarlaşdırılması barədə qərar qəbul edib.

Tarix
2016.07.03 / 00:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Onlar bu gündən yeni hüquqi kimlik qazanırlar

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla