ABŞ-dan Vensin Bakı səfəri ilə bağlı məlumat
18:58
| Ana səhifə Planet |
|
İsrail rəsmiləri 87 yaşlı Nobel mükafatlı yazıçı Eli Vizelin həyatını itirdiyini bildirib.
Milletinsesi.az xəbər verir ki, Vizelin ölümünə dair detallar haqqında məlumat verilmir.
Soyqırım zamanı 1,1 milyon insanın qaz otaqlarında öldürüldüyü Auşvitz şəhərciyindən qurtulan Vizel burada yaşadıqlarını "Gecə" adlı kitabında bölüşüb. Vizelin bu kitabı 20-ci əsrin ən çox oxunan əsərləri arasında yer alıb və mübahisələrə yol açmışdı.
Onlarla əsərə imza atan müəllif nasist zülmünün canlı şahidi olaraq dünyanın bir çox yerində iştirak etdiyi iclaslarda daim yaşadıqlarını danışıb.
|
Tarix
2016.07.03 / 02:10
|
Müəllif
Axar.az
|