Yuxarı

İsanın Quranı üzə çıxa bilər – Cəmi 2 manata

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində yaşayan gənc yazıçı Elçin Aslangil “İsanın Quranı” adlı romanının nəşri üçün unikal aksiya keçirir.

Kult.az xəbər verir ki, müəllif romanın nəşri üçün oxucuların əvvəlcədən kitabı sifariş verib, pulunu ödəməli olduqlarını deyib. Elçin Aslangil bu yolla həm kitabın nəşri üçün lazım olan vəsaiti toplayacağını, həm də konkret oxucu sayına görə kitab nəşr etdirəcəyini bildirib:

“Nəşr olunacaq kitabı əvvəlcədən ala bilərsiniz. Yəni oxucu kitabın pulunu – 2 manatı əvvəlcədən ödəyəcək və əldə olunan vəsaitlə kitab çap ediləcək. Kitabın pulunu verən hər kəs müəyyən bir gündə təqdimata dəvət ediləcək və müəllif tərəfindən kitablar sahiblərinə veriləcək. Biz bu yolla romanı konkret oxucu sayına görə nəşr etdirəcəyik. Dediyim kimi, kitabın qiyməti cəmi 2 manatdır. Romanı əldə etmək istəyən oxucular kitabın haqqını gənc yazar Çinarə Ömraya verə bilərlər”.

Əsərin məzmunu haqda danışan Elçin Aslangil qeyd edib ki, “İsanın Quranı” Azərbaycan ədəbiyyatında fantezi janrında yazılmış ilk romandır:

“Roman mifik obrazlar və Quran ayələri ilə zəngindir. Yəhudi əsilli rus zabitinin İkinci Dünya müharibəsində əsir düşməsi ilə başlayan hadisələr, fəlsəfi traktatlar, mifik, fantastik obrazlar həqiqəti axtaranları xaotik düşüncələrə sürükləyir”.

Tarix
2017.04.18 / 15:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla